Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Cəmiyyət / “Seks videomu çəkmək istəmişdilər …” – Keçmiş MTN-çidən yeni şok açıqlamalar

“Seks videomu çəkmək istəmişdilər …” – Keçmiş MTN-çidən yeni şok açıqlamalar

“165 min avro dəyərində saat bağlayan bir polkovnikin planlaşdırdığı əməliyyat uğurlu ola bilməzdi və ola bilmədi də”

“Dünən Eldar Mahmudovla bağlı yazdığım post müxtəlif saytlar tərəfindən də paylaşıldıqdan sonra təxminən 120 min dəfə oxundu. Bu da o deməkdir ki, Azərbaycan cəmiyyətinin siyasi proseslərə münasibəti heç də deyildiyi və düşünüldüyü qədər laqeyd deyil, sadəcə insanların diqqəti siyasətə çəkə bilmirik. Dostlardan birinə 2 ay əvvəl söz vermişdim ki, Mahmudov nazir postundan çıxarılanda müstəsna olaraq onun qəzeti üçün geniş məqalə yazacağam, amma üzürlü saysınlar, artıq buna ehtiyac görmürəm, çünki nə varsa, hamısını hələ o, nazir postunda olanda demişəm, yazmışam. Dünənki isə qalan son borcum idi.”
Moderator.az xəbər verir ki, bunları keçmiş MTN əməkdaşı, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bugünkü Feysbuk statusunda yazır.
Ə.Oruclunun Eldar Mahmudovun istefasına həsr olunmuş ikinci statusunun davamında maraqlı açıqlamalar var.
Ekspert yazır: “Mən hər şeyi çoxdan unutmuşam: evimə və maşınıma yerləşdirilən dinləyiciləri də, yaramaz bir əməkdaşın mənə gənclər təşkilatının fəallarından olan agent qızı soxuşdurub seks video çəkmək planını da, 2009-cu il dekabrın 15-də avtoqəzada ölməli olduğumu da. Heç zaman keçmişə baxmağın tərəfdarı olmamışam, Eldar Mahmudov isə artıq bu ölkənin qaranlıq tarixinin keçmiş bir səhifəsidir. Yuxarıda sadaladığım bütün əməliyyatlar da zamanında pozulub, onların qarşısı alınıb, çünki 165 min avro dəyərində saat bağlayan bir polkovnikin planlaşdırdığı əməliyyat uğurlu ola bilməzdi və ola bilmədi də.
Bir daha deyirəm, mən bütün bu məsələlərə nöqtə qoymuşam və xatırlamaq da istəmirəm, amma dövlət orqanları gələcəkdə belə halların təkrarlanmasını istəmirlərsə, Elmar Hüseynovun qətli, 2009-cu il aprelin 30-da ADNA-da törədilən terror aktı və bir sıra digər məsələlər ciddi və əsaslı şəkildə araşdırılmalıdır. Çünki 10 ildən artıq bir müddətdə Elmar Hüseynovun qətlini araşdıran MTN bu cinayəti çoxdan açmalı idi və ADNA terrorunun qarşısını almalı idi. Çünki bunlar həmin orqanın birbaşa vəzifəsinə aid olan məsələlər idi. Ən azı…”

 

Həmçinin oxuyun

Prezident yeni Baş nazir təyinatından danışdı

“Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Əli Əsədov Baş Nazir vəzifəsinə təyin edilib. Əli …

Bir cavab yazın