Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Ziya Məmmədovun “qoçuları” prezidentin fərmanına qarşı… – VİDEO

Ziya Məmmədovun “qoçuları” prezidentin fərmanına qarşı… – VİDEO

Nəqliyyat Nazirliyi Nəqliyyat Departamentinin əməkdaşları dünən Müşfiqabad qəsəbəsinə gedən yolda yük maşınlarını saxlayıb və sürücülərdən pul tələb ediblər.
Virtualaz.org saytı hadisə şahidlərinə istinadən xəbər verir ki, sürücülərdən biri nəqliyyat müfəttişlərinə pul verməkdən imtina edib.
Sürücü bunu müfəttişlərin onu saxlamağa səlahiyyətinin olmaması ilə əsaslandırıb. Əlavə edib ki, son dəyişiklikdən xəbəri var və onu yalnız yol polisi əməkdaşları saxlaya bilər.
Bunun cavabında nəqliyyat müfəttişləri sürücüdən kobud şəkildə “ağzını yummağı” və pul verməyi tələb ediblər. Lakin sürücü inad göstərib və Nəqliyyat Nazirliyinin reketlərinə pul verməyib.
Xatırladaq ki, prezident İlham Əliyevin 14 oktyabr, 2015-ci il tarixli fərmanı ilə Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin bir hissəsi (məsələn, yük və taksi maşınlarının yoxlanması, onların lisenziyasının olub-olmaması və s.) ondan alınaraq Dövlət Yol Polisinə verilib.
moderator.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın