Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / SAMİR ADIGÖZƏLLİ QHT-LƏRDƏ ERMƏNİ VƏ XARİCƏ İŞLƏYƏN  AGENT TAPIB – SENSASİYALI AÇIQLAMA

SAMİR ADIGÖZƏLLİ QHT-LƏRDƏ ERMƏNİ VƏ XARİCƏ İŞLƏYƏN  AGENT TAPIB – SENSASİYALI AÇIQLAMA

DAK-ın icra aparatının rəhbəri Samir Adıgözəlli verdiyi üstüörtülü  sensasion açıqlaması ilə  yenidən gündəmə gəlib. Millətçı baxışları ilə tanına siyasətçi bu dəfə  Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına keçirilən növbəti seçkilərlə bağlı narahatlıq doğuran bəzi məqamlara aydınlıq gətirib. O, Azinforum.az-a açıqlamasında bunları deyib:
“Məlum olduğu kimi Prezident yanında QHT-lərə Dövlət dəstəyi Şurasına növbəti seçkilər keçirilir. Şura yarandığı dövrdən Azərbaycanda vətəndaş cəmiyyyətinin qurulmasında, Milli QHT sektorunun inkişafında böyük işlər görməkdədir və bu işdə şura sədrinə və üzvlərinə bir vətəndaş kimi təşəkkürümü bildirirəm.
Təbii ki, yeni seçkilər keçirilərək üzvlər arasında müəyyən dəyişikliklərin olması dövlət şurasının ümumi işinə müsbət təsir göstərə bilər. Amma təəsüflər olsun ki, şuraya yeni üzv seçilməyə cəhd göstərən vaxtı ilə bəzi səfirlikərin gecələr qapısından çıxan, siyasi dəllalıqla məşğul olanlar da var. Ən dəhşətlisi isə əldə etdiyim məlumata görə, şura üzvlüyünə namizədlər içərisində erməni nəvəsi olanda var. Bu xəbər nə məni, nə də siz dostlarımı və millətimizi səssiz qoymamalıdır.

Azərbaycanda erməni nəvələrinin hansısa iş başına keçməsinə imkan verməməliyik və belələrinə dəstək göstərən müəyyən dövlət vəzifəsi tutmuş məmurlara qarşı da sərt reaksiyalar göstərilməlidir. “Erməni xalqı ilə Azərbaycan xalqı düşmən deyil” deyənlər erməni südü əmmişlərdir. Ya da süfrələrinin kənarında ermənini otuzduranlardır. Müvafiq dövlət qurumları, Azərbaycan ictimaiyyətinin fəalları bu kimi hallara qarşı sərt münasibətini göstərməli və ən nəhayət lüks maşında gəzib, villalar sahibi olmuş erməni nəvələrini ayrıca bir qəsəbədə yaşatmalıdırlar. Bu qədə toreantlıq, humanizm, milli kimliyimizə zərbə müstəqilliyimizə təhlükədir”.

REDAKSİYADAN: Əslində, Samir Adıgözəllinin verdiyi bu üstüörtülü mesajlarda böyük məna ifadə olunur.  Bir informasiya portalı olaraq biz Şuraya keçirilən seçkiləri yaxından izləyirik və həmin istiqamətdə cərəyan edən proseslərdən məlumatlıyıq. Fakt budur ki, hazırda bəzi məmur qruplaşmalarına yaxın olan QHT-lər arasında Şurada təmsil olunmaq uğrunda gərgin mübarizə gedir. Hər bir qruplaşma çox önəmli sayılan  strukturda öz adamını görmək istəyir.  Daima siyasi intriqalarda yer alan Samir Adıgözəllinin məhz belə məqamda bu cür kəskin açıqlama ilə çıxış etməsinə təsadüfi sayıla bilməz.  Millətçi siyasətçi olan Adıgözəlli nə QHT rəhbəridir, nə də həmin seçkilərdə səsvermə hüquna malikdir. Onda sual oluna bilər: “Onu kim və niyə danışdırır”.  Qənaətimiz budur ki, Şura uğrunda gedən mübarizədə rəqib olan qruplaşmalardan biri onların əl -ayağına dolaşanlara ciddi mesaj verir ki, sakit yerlərində otursunlar, yoxsa…

ÇİNARƏ SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? – AÇIQLAMA

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt …

Bir cavab yazın