Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Maşın bazarında şok qiymət: “Range Rover” 10 minə, “Lexus” 11 min manata (QİYMƏTLƏR)

Maşın bazarında şok qiymət: “Range Rover” 10 minə, “Lexus” 11 min manata (QİYMƏTLƏR)

Ötən ay Azərbaycanda ikinci əl avtomobil bazarında yenidən ucuzlaşma baş verib. Avtomobil ekspertləri fins.az-a bildiriblər ki, yanvar ayı ilə müqayisədə fevralda qiymətlər yenidən ucuzlaşmaqda davam edib. Alıcı tapılmaması qiymətləri 10 % da aşağı salıb.

Bir ayda 2-8 min manat ucuzlaşma

Badamdar avtomobil bazarından satıcılar bildirirlər ki, xaricdən ölkəyə biznes üçün demək olar ki, avtomobil gətirilmir. Satıcı Oley Şamxalovun sözlərinə görə, hazırda yanlız dövlət sifarişi ilə , ya da hansısa satıcı dostunun sifarişi əsasında avtomobil gətirir. Avtomobil bazarında durğunluq, alıcı tapılmaması hər gün qiymətləri bir qədər də aşağı salır. Ötən ay avtomobil bazarında qiymət 2-8 min manat arasında ucuzlaşıb.
Eləcə də bax: «Əzizim, bu avtomobili seçmə!»- XANIMLARIN MAŞIN KAPRİZLƏRİ

“Lexus”, “Mitsubishi” və “Range Rover”ə baxan yoxdur

Satıcının sözlərinə görə, manatın ucuzlaşmasından sonra gəlirləri azalan əhalinin avtomobilə münasibəti də dəyişib. İri mühərrikli, ehtiyat hissələri baha olan, çox yanacaq işlədən avtomobilləri demək olar ki, alan yoxdur. Məsələn, 2006-cı ilin “Lexus LX350” modeli 21-22 min manata satılırdısa, hazırda bu avtomobil 13-14 min manata təlif edilsə də, alan yoxdur. Nəticədə 2004-cü il model “Lexus LX 330” avtomobili bir ay ərzində 14 min manatdan 11 min manata kimi ucuzlaşıb. O.Şamxalov bildirib ki, ötən həftə 2004-cü il model “Range Rover” avtomobilinin sahibini onu 12 min manata təklif etsə də, sonda 10 min manata satmağa məcbur oldu. İri mühərrikli modellər sırasında “Mitsubishi”lərin də qiymətləri enməkdə davam edir. Məsələn, 2015-ci il model 3.8 l mühərrikli “Mitsubishi Pajero” 38 500 dollardan 35 min dollara qədər ucuzlaşıb.

“Passat”ı buna görə alımırlar

Satıcıların sözlərinə görə satılmayan modellər sırasında 2012-2013-cü il model “Volksvagen Passat” avtomobilləri də var. Bu avtomobillərin ehtiyat hissələrinin baha olması alıcılarını itirməsinə səbəb olub. Nəticədə qiymətlərdə 5 min manata qədər enmə müşahidə edilir. Məsələn, yanvar ayında 12-13 min manata satılan eyni model indi 8-9 min manata kimi ucuzlaşıb.

“Hyundai” və “Nissan”da 4-7 min manat ucuzlaşma

Avtomobillərin ucuzlaşması bazarla yanaşı elektron satışlarda da müşahisə edilir. Belə ki, avtomobil elanı saytlarında da qiymətlərdə ucuzlaşma müşahidə edilir. Alsat.az saytının rəhbəri Vaqif Hüseynov fins.az-a bildirib ki, hər gün 500-dən çox avtomobil elanı yerləşdirilsə də, alıcı tapılmır. Nəticədə “Lexus”dan “Nissana” qədər bütün avtomobillər fevral ayında ucuzlaşmaqda davam edib. Məsələn, yanvar ayında 2011-2013-cü il model “Hyundai ix35” modeli 15 mi dollara satılırdısa, hazırda son qiymət 8 min dollar təşkil edib. “Nissan” modelləri isə 4 min manata kimi ucuzlaşıb. 2006-201-cü il model “Nissan Murano” avtomobilləri yanvar ayında 11 manata təklif edilirdisə, indi 5-7 min manata bu avtomobili alan yoxdur.

Ən çox alınan “Mercedes”, “Vaz” və “Opel”lərdir

Satıcılar bildirirlər ki, hazırda daha çox alınan avtomobillər 5-15 min manatlıq “Mercedes”lər,”Vaz” və köhnə”Opel”lərdir. Bu da həmin avtomobillərin və ehtiyat hissələrinin ucuz başa gəlməsi, daha davamlı olması ilə bağlıdır. O.Şamxalovun sözlərinə görə, bir ayda bazarda cəmi 40-50 avtomobil satılır. Bu avtomobillərin 25-i “Vaz”, 12-si “Mercedes”, 3-4-ü isə “Opel”dir. Amma ümumi ucuzlaşma bu avtomobillərində qiymətlərinə təsir göstərib. “Mercedes” və “Vaz” avtomobilləri 700-1000 manata yaxın ucuzlaşıb. Məsələn, 1.8 l mühərrikli 1998-ci il model “Mercedes”əvvəl 7 min manata satılırdısa, hazırda 6300-6500 manata təklif edilir. Son vaxtlar məşhur olan “Lada Priora”lar 6500 manatdan 5500 manata kimi ucuzlaşıb. Furqon 1995-2002-ci il model 1.6-1.8 l mühərrikli “Opel”lər isə 1500-4000 manata satılır.

Ucuzlaşma mart ayında da davam edəcək

Avtomobil ekspertləri bildirirlər ki, avtomobil qiymətlərində ucuzlaşma son deyil. Belə ki, mart ayında dolların yenidən bahalaşmağa başlaması və “Novruz bayramı” ilə əlaqədar bazar uçurma doğru irəliləməkdə davam edəcək. Ekspertlər hesab edirlər ki, belə vəziyyətdə insanlar daha ehtiyyatlı davranmağa çalışırlar.Yəni avtomobil almaq istəyənlər əl saxlayır, pulu dollara çevirməyə başlayırlar.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın