Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Səfər Əbiyevin ən yaxın adamı olmuş şəxs hakimiyyətə savaş açır

Səfər Əbiyevin ən yaxın adamı olmuş şəxs hakimiyyətə savaş açır

Eldar Sabiroğlu YAP rəhbərliyini və Prezident Administrasiyasını sərt şəkildə tənqid edib

Səfər Əbiyevi müdafiə naziri postundan yola salan, bundan sonra özü də tutduğu vəzifədən uzaqlaşdırılan Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu danışıb. Sabiq nazirə yaxınlığı ilə tanınan E.Sabiroğlu gözlənilmədən vaxtilə təmsil olunduğu iqtidarın əleyhinə sərt açıqlamalar verib. Modern.az saytına müsahibəsində vaxtilə Azərbaycan Xalq Cəbhəsinin üzvü olduğunu xatırladan E.Sabiroğlu hazırda Yeni Azərbaycan Partiyasının üzvü olduğunu deyib. Deputat olmaq istəyini də gizlətməyib: “Sözün doğrusu, deputat olmaq üçün o qədər də alışıb-yanmıram. Ona görə ki, bəzi adamlar deputat olmaq istəyini də qısqanclıqla qəbul edirlər.”

Sabiq xidmət rəisi ona əngəl yaradan şəxsin adını da açıqlayıb: “Düzünü eşitmək istəsəniz, deyə bilərəm ki, həmin adam heç istəməzdi mənim üzərimə gəlsin. Tələnin qurulduğu ortada idi. Bu işi də o zaman Prezident Aparatının ərazi idarəetmə orqanlarının müdiri vəzifəsində çalışan, “partiyada misilsiz xidmətləri olan” Yusif Hümbətov bacarıqla aparırdı. Mənə zəng edirdi ki, “sən narahat olma, gərginlik keçirmə”, sonra da icra başçısına tapşırıq verirdi ki, “ona əngəllər yarat”.

Yusif Hümbətov mənədeyirdi ki, narahat olma, gərginlik keçirmə, sonra da icra başçısına tapşırıq verirdi ki, mənim işimə əngəllər yaratsın” 

E.Sabiroğlu YAP rəhbərliyinin Rəsul Quliyevin Milli Məclisinə toplaşaraq onu təmtəraqla partiyaya keçirmələri və siyasi dönüklər haqda danışıb: “İndi həmin adamlar (Rəsil Quliyevin kabinetinə toplaşanları nəzərdə tutur-E.H) Rəsul Quliyevə qarşı əks cəbhədə dayanıb. Həmin vaxt o insanlar Rəsul Quliyevin şəninə elə sözlər deyirdilər ki, indi onların mövqeyini görəndə xəcalət hissi keçirirəm. Bütün baş verənlər bir kənarda qaldı. Nə isə iclas bitdi. Hamı çıxıb getdi. Mən isə Rəsul Quliyevlə müsahibənin başlama vaxtını gözləyirdim. İclasda iştirak edən şəxslərdən biri, hazırda çox böyük vəzifə tutan şəxs onun yanında qaldı. Həmin şəxs saat yarımdan sonra Rəsulun otağından gülə-gülə çıxdı və o zaman Rəsulla təyin olunan müsahibə baş tutdu”.

E.Sabiroğlu “Siz həmin adamların adını çəkmək istəmirsiniz. Amma Rəsul Quliyevin həmin məşhur adları çəkəcəyindən narahatlığınız yoxdur ki” sualına belə cavab verib: “Arif olan nə dediyimi başa düşür. Özümü qalmaqallar burulğanında görmək istəmirəm. Rəsul Quliyevə gəlincə, deyə bilərəm ki, həmin adamları çox gözəl tanıyır. Onların adını çəkməsindən qorxum yoxdur. Eyni zamanda, onları təhlükəli insanlar hesab etmək olar. Öz mənafeyi, maraqları çərçivəsində belələri istənilən adamı ayaqlarının altına atıb əzib keçə bilərlər”.

Sabiq xidmət rəhbəri Səfər Əbiyevlə əlaqələrindən də danışıb: “Son zamanlar əlaqələrimiz səngiyib. Əvvəllər əlaqələrimiz olurdu. Hal-əhval tuturduq. İndi məndə olan telefonunu götürmür. Ona görə də əlaqə yarada bilmirəm”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın