Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Rəsulzadənin nəvəsi deputatı məhkəməyə verir

Rəsulzadənin nəvəsi deputatı məhkəməyə verir

Milli Məclisə Gəncədən deputat seçilən Naqif Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin bu şəhərdəki büstünə niyə çuval keçirildiyi barədə suala heç kimin gözləmədiyi tərzdə cavab verib.

Naqif Həmzəyev “Yeni Müsavat” qəzetinin əməkdaşına verdiyi cavabda Rəsulzadənin vətən xaini adlandıraraq, onun büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bildiyini vurğulayıb.

Naqif Həmzəyev “Rəsulzadə yaxşı kişi olsaydı arvadına sahib çıxardı” sözləri ilə özü də hiss etmədən şok açıqlama verib.

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin yeni deputatın açıqlamasına münasibəti isə kəskin olub.

O, Modern.az saytına açıqlamasında deputatla məhkəmədə görüşəcəyini deyib: “Dediyi sözlərin hamısı onun özünə aiddir. Belə fikir səsləndirməsi həmin adamın tarixi bilməməsindən irəli gəlir.

Təəssüf edirəm ki, belə savadsızlar deputat seçilib. O, Məhəmməd Əmin Rəsulzadəni təhqir edibsə, məhkəmədə cavab verməli olacaq”.

Deputatın “Rəsuzladə respublikanı Tiflisdə qurub qoy büstü də Tiflisdə olsun” fikirlərinə Rəis Rəsulzadə belə cavab verib:

“O kimdir?! Prezidentdən çox bilir tariximizi?!

Ona sual etmək lazımdır ki, əldəqayırma deputat ölkə başçısından çox bilir?! Bu savadsız, kimliyi bilinməyən adam Heydər Əliyevə, İlham Əliyevə, alimlərə tarix öyrədəcək?! Dediklərinin hamısı məhkəmə müstəvisində həll ediləcək. Təhqirlərinə hüquqi qiymət veriləcək”.

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …

Bir cavab yazın