Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Cəmiyyət / Polis rəisinin adının hallandığı – Milyonluq dələduzluq

Polis rəisinin adının hallandığı – Milyonluq dələduzluq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

Zərərçəkən Tağı Nağıyev bildirib ki, ondan 450 min manat pul alıblar: “Orxanın dostunun çay evində Arazla görüşdük. Dedilər təyyarə ilə uşaq bezi gətirib satırıq. Məndən 90 min pul istədilər, dedim o qədər yoxdu, çalışaram düzəldim. Əlimdəki pulun üstünü də düszəldib əvvəl 40 min, sonra 30 min verdim. Yoxlamaq üçün bunların Balaxanıdakı anbarlarına da baxdım, orada uşaq bezləri var idi. 70 min verdim, dedilər qalan malı nisyə vercəklər.Uşaq bezi gətirib satdılar, mənə də bir dəfə 8 min verdilər. Onu da sonra qaytardım, başqa bir iş gördülər. Mən Orxanla Araza etibar edirdim deyə heç nəylə detallı maraqlanmırdım. Araz dedi şəkər tozu gətirək. Tırın 1-i 25 min dollardı, 8 tır gətirəcəkdilər. Özümün, qardaşımın və yoldaşımın maşınlarını satıb 100 min verdim. Sonra dedilər Zelandiyadan iki qatar yağ gətirəcəyik. Ona da pul verdim. Ümumilikdə 450 min dollar pul verdim”.

Hakim bildirib ki, ittiham aktında 720 min göstərilib: “Amma siz onlara 450 min vermisiz, qalan 270 min virtual pullardı. Sizdən cəmi 450 min alıblar”.

T.Nağıyev bildirib ki, müstəntiqə 720 min deyib: “Mənim verdiyim 450 mindən gələcək qazancla birlikdə o qədər olacaqdı. Mənim tələbim budur ki, verdiyim pul, heç olmasa bir hissəsi ödənsin”.

Zərərçəkən bildirib ki, pulun 170 minini Orxana verib, o da yanında Araza verib. Amma 280 min dolları birbaşa Orxana verib: “Araz özü sonradan bu problem yarananda pulun hamısının onda olduğunu dedi. Orxanın atası Rafael müəllim, əmisi, özü, Araz, Emin və Şərurun keçmiş polis rəisi Azər Abbasov da orada idi. Birlikdə bu problem barədə danışdıq, Araz dedi 720 min mənlikdi, 3 ay vaxt verin, qaytaracağam”.

Məhkəmədə digər zərərçəkənlər və şahidlər ifadə verib. Növbəti iclas sentyabrın 16-na təyin edilib.

Qeyd edək ki, hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı 1 il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib. Məhkəmənin növbəti iclası sentyabrın 16-na təyin edilib.

Həmçinin oxuyun

Yaqub Zurufçu nazirin qəbuluna gəldi – FOTO

Oktyabrın 14-də Mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşları qəbul edib. Nazir …

Bir cavab yazın