Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Cəmiyyət / PAKİSTANDAKI SƏFİRİMİZ ETİMADNAMƏSİNİ HƏMİN ÖLKƏNİN PREZİDENTİNƏ TƏQDİM ETDİ

PAKİSTANDAKI SƏFİRİMİZ ETİMADNAMƏSİNİ HƏMİN ÖLKƏNİN PREZİDENTİNƏ TƏQDİM ETDİ

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə etimadnaməsini Pakistan İslam Respublikasının Prezidenti cənab Məmnun Hüseyinə təqdim etmişdir. Bu barədə məlumatı Azinforum.az-a ölkəmizin İslamabaddakı səfirliyindən veriblər.
Etimadnamənin təqdim olunma mərasimindən sonra Prezident Məmnun Hüseyinlə keçirilən görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistanda səfir kimi təyinatından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirmişdir. Səfir, Azərbaycan Respublikası Prezidentinin xoş salam ve ehtiramlarını cənab Məmnun Hüseyinə çatdırmış, Azərbaycan Respublikası Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd etmişdir. Səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiklərini qeyd ədərək bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan Prezidentlərinin xüsusi rolunun olduğunu vurğulamışdır.
Ermənistanın işğal etdiyi qədim Azərbaycan torpaqlarında müsəlman aləminə aid dini abidələrin, məscid və ziyarətgahların dağıdıldığını və təhqirə məruz qoyulduğunu vurğulayan səfir Əli Əlizadə, Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmasının, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımamasının, Xocalı Soyqrımı ilə əlaqədar Pakistan Parlamentinin qəbul etdiyi qətnamə və bəyanatların Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edərək, Azərbaycanın hər zaman Pakistanı güclü, təhlükəsiz və inkişaf edən ölkə kimi görmək istədiyini bildirmişdir. Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü kimi Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırmışdır.

sef
Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayaraq, bu layihələrin gələcəkdə də fond tərəfindən davam etdiriləcəyini bildirmişdir.
Səfiri təyinatı münasibəti ilə təbrik edən Pakistan Prezidenti cənab Məmnun Hüseyn xoş salamlarını və dərin ehtiramlarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yetirməsini xahiş edərək, Azərbaycan Respublikası Prezidenti ilə yaxın dostluq əlaqələrinin olduğunu, Azərbaycana yüksək səviyyədə həyata keçirilmiş rəsmi səfərini xatırlatmışdır. Pakistan Prezidenti Azərbaycan-Pakistan səmimi dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu qeyd edərək bu əlaqələrin yaranmasında cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi xidmətlərinin olduğunu bildirmişdir.
Pakistan Prezidenti cənab Məmnun Hüseyn iki ölkə arasındakı möhkəm siyasi münasibətlərlə yanaşı iqtisadi, ticari, mədəni, elmi, enerji, nəqliyyat və digər əlaqələrin daha da inkişafında və xidməti fəaliyyətində səfir Əli Əlizadayə uğurlar arzulamış, Pakistanda özünü öz vətənindəki kimi hiss edəcəyinə inamını bildirmişdir.

Həmçinin oxuyun

Aqşin Yenisey Elşad Mirini RİYAKARLIQDA İTTİHAM ETDİ — “Öz övladınızı ABŞ-a oxumağa göndərib…” – FOTO

Tanınmış şair Aqşin Yenisey sosial şəbəkədə yazdığı statusda ilhaiyyatçı Elşad Mirini gəncləri yanlış yönəltməkdə ittiham …

Bir cavab yazın