Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Oğuzun icra başçısından seçkiyə kobud müdaxilə

Oğuzun icra başçısından seçkiyə kobud müdaxilə

117 saylı Oğuz-Qəbələ dairəsindən deputatlığa namizədliyi Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Nizami Abdurrazakova imza verən seçicilər hədələnir.

Bu barədə Moderator.az-a hədələnən seçicilərdən biri məlumat verib.

Seçici bildirir ki, icra hakimi Eyvaz Qurbanovun göstərişi ilə Nizami Abdurrazakova imza verən seçiciləri icra nümayəndəliklərinə çağırıb verdikləri imzadan imtinaya məcbur ediblər. Onlara imzadan imtina etməyəcəkləri təqdirdə ciddi problemlərlə üzləşəcəkləri bildirilir.

Maraqlıdır ki, 117 saylı Oğuz-Qəbələ dairəsindən deputatlığa öz təşəbbüsü namizədliyini irəli sürmüş namizədlərin hamısı təhsil işçiləri və müəllimlərdir.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın