Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəmiyyət / NÖFƏL MƏHƏRRƏMOVUN RƏHBƏRLİK ETDİYİ RAYON POLİSİNDƏ BİABIRÇİ HADİSƏ

NÖFƏL MƏHƏRRƏMOVUN RƏHBƏRLİK ETDİYİ RAYON POLİSİNDƏ BİABIRÇİ HADİSƏ

Azinforum.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakıda Daxili İşlər Nazirliyinin bölmə rəislərindən biri öz otağında əməliyyat müvəkkilini döyüb.

Məlumata görə, artıq məsələ ilə bağlı baş leytenant olan əməliyyat müvəkkili bu barədə raport yazıb. Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı 1989-cu il təvəllüdlü Səməd Düsturov rəisin onu döyməsi haqda raport yazıb.

O bildirib ki, bölmə rəisi onu öz xidməti otağında müavini ilə birlikdə döyüb. Hadisə noyabrın 26-da saat 00:30 radələrində 25-ci Polis Bölməsində baş verib. S.Düsturov xidmət etdiyi Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı 1968-ci il təvəllüdlü Rafael Albabayev və müavini olan polis mayoru 1967-ci il təvəllüdlü Şakir Rüstəmov tərəfindən döyülüb. Hadisəni nəticəsində baş leytenant S.Düsturov xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasında tibbi yardım aldıqdan sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Nizami RPİ-dən məlumat təsdiqlənib. Bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Hələ ki, cinayət işi açılmayıb.

Qeyd edək ki, paytaxtın Nizami Rayon Polis İdarəsinə polis polkovniki Nöfəl Məhərrəmov rəhbərlik edir. Son vaxtlar KİV-lərdə bu rayonun polis idarəsi haqda çoxlu sayda şikayət məzmunlu materiallar dərc edilir. Sözügedən rayonun polisi daha çox : küçə ticarətinin çiçəklənməsi( Xüsusilə də,  8 km bazarı , “Lotos” və “Diqlas” ticarət mərkəzləri ətrafında) və digər neqativliklərə görə  ciddi tənqid edilib.

Azinforum.az olaraq bildiririk ki, cənab Ramil Usubovun rəhbərlik etdiyi DİN uzun illərdir ki, dövlətçiliyin keşiyində layiqincə durur. Son Nardaran hadisələri Azərbaycan polisinin hünərini, şücaətini bir daha sübut etdi. Bu hadisələrin fonunda Nizami polisində baş verən hadisə heç də ürəkaçan deyil. Ümidvarıq ki, Azərbaycan polisinin şərəfli adı ilə uzlaşmayan məlum  hadisə barədə lazımi ölçü götürüləcək.

Çinarə SEYİDOVA

 

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …

Bir cavab yazın