Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Nigar Əliyeva hansısa nüfuzlu şəxs tərəfindən himayə olunur

Nigar Əliyeva hansısa nüfuzlu şəxs tərəfindən himayə olunur

Səhiyyə nazirinin müavini kimin üçün və nə zaman saxta sənət hazırlayıb?

Onun rəfiqəsi olduğunu iddia edən Aygün Əliyeva 200 nəfərə ümumilikdə 5 milyon manat ziyan vurub

Əvvəllər Respublika Diaqnostika Mərkəzində sıravi həkim işləmiş, bu gün isə səhiyyə nazirinin müavini vəzifəsində çalışan Nigar Əliyevanın fəaliyyətində ciddi neqativ hallar müşahidə olunur. Bu və digər bir sıra önəmli məqamlarla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Nigar Əliyeva ona həvalə olunan işləri lazımi səviyyədə icra edə bilmir. Belə ki, son zamanlar səhiyyə nazirinin müavininin adının bir sıra xoşagəlməz işlərdə hallandığını vurğulayan mənbə iddia edir ki, Nigar Əliyeva bütün diqqətini şəxsi maraqlarını təmin etməyə yönəldib: «Deyilənlərə görə, onun paytaxtın bir sıra ərazilərində mənzilləri, biznes obyektləri var. Bundan başqa, o da qeyd olunur ki, Nigar Əliyeva əlində olan imkanlardan istifadə edərək qohumlarının adına apteklər, bir neçə özəl klinika açıb. Onun əsas qazanc yerlərindən biri də səhiyyə ocaqlarına təyinatlarla bağlıdır. Belə ki, Bakı şəhərində, o cümlədən bölgələrdə fəaliyyət göstərən doğum evləri və qadın məsləhətxanalarının əksəriyyətinin rəhbər işçiləri nazir müavininin kadrlarıdır. Misal kimi, 4 saylı doğum evini göstərmək olar. Adəçəkilən doğum evi birbaşa Nigar Əliyevanın kursiyasında olduğundan Səhiyyə Nazirliyinin bəzi yetkili şəxsləri burada baş verən neqativ hallara göz yummağa məcbur olurlar». Bu arada, bir müddət əvvəl Nigar Əliyevanın adının qalmaqallı olaya qarışdığını deyən məlumatlı şəxsin bildirdiyinə görə, səhiyyə nazirinin müavininin rəfiqəsi olduğunu iddia edən Aygün Əliyeva adlı qadın 200 nəfəri aldadaraq onlara ümumilikdə 5 milyon manat ziyan vurub: «Nəzərinizə çatdırım ki, bu işlə bir müddət öncə bağlı Bakı Şəhər Baş Polis İdarəsində üzrə istintaq aparılıb. Maraqlı məqam ondadır ki, məhkəmənin qərarı ilə 5 il azadlıqdan məhrum edilən Aygün Əliyeva axtarışda olduğu vaxt 15.06.2012-ci ildə Lerik Rayon Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirib. Doğum haqqında sənədi isə xəstəxananın nevropatoloqu Etibar Həşimov verib. Məhkəmənin 29 noyabrda Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə (böhtan atma) hökm oxuduğu son iclasında Aygün Əliyeva uşağın sənədini səhiyyə nazirinin müavini Nigar Əliyeva vasitəsi ilə aldığını iddia edib. Belə ki, Nigar Əliyevanın onun rəfiqəsi olduğunu bildirən Ayğın Əliyeva dolayısıyla səhiyyə nazirinin müavininin saxta sənət hazırladığına işarə edib. Lakin nədənsə indiyədək bununla bağlı müvafiq qurumlar tərəfindən heç bir tədbir görülməyib, Səhiyyə Nazirliyi səviyyəsində Nigar Əliyevanın əməllərinə lazımi qiymət verilməyib. Görünür, adi həkimlikdən birbaşa səhiyyə nazirinin müavini postuna gətirilən Nigar Əliyeva hansısa nüfuzlu şəxs tərəfindən ciddi şəkildə himayə olunur. Elə buna görə də heç kim ona «gözün üstə qaşın var» deməyə cürət etmir…»

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

gundelikbaku.com

 

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın