Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Metroda kassalar bağlandı – 200 xəzinədar xanımın taleyi necə olacaq?

Metroda kassalar bağlandı – 200 xəzinədar xanımın taleyi necə olacaq?

Metroda çalışan 200-dək xəzinədarın yarısına müvafiq işlər təklif olunub. Bu barədə “Qafqazinfo”ya Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O qeyd edib ki, hazırda ləğv olunmuş xəzinədar ştatında çalışan işçilərə ixtisaslarına, stajlarına uyğun olaraq işlər təklif olunur: “ Elə işlər var ki, qəbul olunmaq üçün imtahan vermək lazımdır. Qarşılıqlı razılaşma əsasında onlara təklif olunan işlərə uyğun qərar verirlər. Təxminən 200 nəfərin yarısına müəyyən işlər təklif olunub. Təbii ki, işə qəbul üçün əmr verilməlidir. Hazırda proses davam edir”.
Qeyd edək ki, “Bakıkart” sisteminə keçidlə əlaqədar oktyabr ayının birindən etibarən metroda xəzinədar ştatı ləğv olunub.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın