Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / MTN-in intihar etmiş polkovniki Elman Türkoğluna nə deyib?

MTN-in intihar etmiş polkovniki Elman Türkoğluna nə deyib?

“İlqar Əliyevi polisdə işləyən vaxtlarından tanıyırdım. Bizləri mitinqlərdə həbs edəndə orda olurdu və onu deyə bilərəm ki, İlqarın bayrağa böyük hörməti vardı”.

Bunu Moderator.az açıqlamasında bayraqdar Elman Türkoğlu bildirib.

Elman Türkoğlu MTN-nin intihar etmiş polkovniki İlqar Əliyev haqqında maraqlı bir xatirəsini də bölüşüb:

“Bir dəfə icazəsiz mitinqlərin birində polislər məni həbs etdilər və istədilər bayrağı məndən alsınlar. Amma ala bilmirdilər və ayaqları, zopaları ilə hara gəldi vururdular. Həmin vaxt İlqar Əliyev gəldi və polislərə qışqırdı ki, nə edirsiniz? Onun əlində axı Azərbaycan Bayrağı var, burda çəkiliş gedir, siz onu döyür və Azərbaycanın adını batırırsınız. Polislər ona qışqırdı ki, sən kimsən? O, vəsiqəsini göstərdi və məni döyən polislər qaçıb aradan çıxdılar. Hər halda həmin gün 15 polis məndən bayrağı ala bilmədi. Onun mənə bir kəlməsi oldu ki, biz də bu Vətənin övladlarıyıq və bayrağı öz canımızdan çox sevirik”.

Elman Türkoğlu deyir ki, ondan sonra İlqar Əliyevlə cəmi bir dəfə rastlaşıb:

“Bir dəfə də metroda rastlaşdıq, hal-əhval tutduq. Mənə dedi ki, bayrağını möhkəm saxla və əllərindən yerə qoyma. Dedi, biz də türkük və millətçiyik. Amma bu gün MTN-də millətçilərin sayı azalıb və nazirlik həsənsoxdu dəyirmanı olub. İndi MTN-də milliyəti bilinməyənləri işə götürürlər. Hətta məndən bir bayraq istədi və mən də cibimdən bayrağı çıxarıb ona verdim. Məndən bayrağı aldı, dedi ki, bu bayrağı əbədi, ömrümün sonuna kimi özümdə saxlayacağam”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın