Bazar ertəsi , İyul 13 2020
Ana səhifə / Cəmiyyət / Milletim.info saytına haker hücumunu  hansı məmur təşkil edib? – Baş redaktor təxminlərini gizlətmir

Milletim.info saytına haker hücumunu  hansı məmur təşkil edib? – Baş redaktor təxminlərini gizlətmir

“Saytımıza haker hücumu təşkil edilib. Texniki işçilər iki gündür ki, saytı düzəltməyə çalışsalar da, bacara bilmirlər. Təşkil olunan bahalı  haker hücumu  saytın bazasına edilib. Məqsəd aydındır, bəzi adamları narahat edən yazıları arxivdən silmək istəyirlər”.

Bu sözləri Azinforum.az-a açıqlamasında Millətim.info saytının baş redaktoru Lalə Ramizqızı deyib. Xanım baş redaktorun sözlərinə görə,  onlar hücumun kimin tərəfindən təşkil edildiyini təxmin edirlər:

“Son zamanlar atam Ramiz Tağıyevin imzası ilə saytda  silsilə tənqidi materiallar dərc olunurdu. Həmin yazılarda bəzi yüksək vəzifə sahiblərinin qaranlıq əməlləri ifşa edilirdi. Təzyiqlərin olacağını təxmin edirdik, ancaq bu şəkildə yox. Bu, əməlin adı dövlətə meydan oxumaqdır. Kimdənsə yazılan tənqidi yazıya görə, saytın fəaliyyətini iflic etmək ən yüksək harınlığın göstəricisi sayıla bilər”.

Baş redaktor yaranmış vəziyyətlə bağlı əlaqədar qurumlara məlumat verəcəklərini dedi:

” Bizim kifayət qədər media təcrübəmiz var. Bu cür üsullarla bizi yolumuzadan çəkindirmək mümkün deyil. Saytın fəaliyyəti bərpa ediləndən sonra, yeni  araşdırmaları oxuculara təqdim edəcəyik”.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Afaq Bəşirqızı: “Bütöv Azərbaycan üçün ayağa qalxaq” – VİDEO

“Elə bilməyin ki, biz burada sakitik və heç nədən xəbərimiz yoxdur. Hər şeyi izləyirik və …

Bir cavab yazın