Ana səhifə / Media / Nazirlər Kabineti Dəfn mərasimləriylə bağlı qərar qəbul etdi

Nazirlər Kabineti Dəfn mərasimləriylə bağlı qərar qəbul etdi

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən olunması ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3 min manat məbləğində maliyyə yardımı müəyyən edilib.

Hərbi ehtiram göstərilən şəxslərin dəfninə müvafiq maliyyə yardımının verilməsi üçün həmin şəxslərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) yaşadığı yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməlidirlər. Müraciət edilərkən müəyyən olunmuş formada ərizə, şəxsiyyəti təsdiq edən sənədlər, həqiqi hərbi xidmət zamanı hərbi qulluqçunun (toplanışda olan hərbi vəzifəlinin) həlak olması və ya vəfat etməsi barədə hərbi hissə komandirinin əmri, ehtiyatda və ya istefada olan şəxslər üçün ölüm haqqında şəhadətnamə təqdim olunmalıdır.

Qərarda, həmçinin nəzərdə tutulub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri maliyyə yardımının verilməsi barədə müraciəti dərhal qəbul edib, üç iş günü müddətində vəsaitin nağdsız hesablaşma yolu ilə ödənilməsini təmin etsin.

Azərtac

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın