Bazar ertəsi , May 27 2019
Ana səhifə / Cəmiyyət / “McDonalds”ın “Gənclik”dəki restoranı təhlükə saçır

“McDonalds”ın “Gənclik”dəki restoranı təhlükə saçır

“Qırmızı xətt”in üstündə tikilən obyekt həm tıxacın yaranmasına, həm də avtoqəzaların baş verməsinə zəmin yaradır
Aidiyyəti dövlət qurumları bu məsələ ilə bağlı dərhal ölçü götürməlidir, yoxsa…

Azinforum.az “Gundelik-bakı”-ya istinadən xəbər verir ki, uşaqların və gənclərin sevimli istirahət məkanı olan “McDonalds” restoranlar şəbəkəsi ilə bağlı son zamanlar mətbuatda ziddiyyətli fikirlər dolaşmaqdadır. Bəzi mətbuat orqanları Bakıda müxtəlif ərazilərdə fəaliyyət göstərən restoranlar şəbəkəsinin yaxın zamanlarda bağlanacağını, bəziləri isə əksinə, “McDonalds”ların fəaliyyətinin genişlənəcəyini bildirirlər.

Xatırladaq ki, bir müddət əvvəl tez hazırlanan qidalar məkanı olan “McDonalds”da orqanizmə təhlükə yaradacaq yeməklərin verilməsi ilə bağlı xəbər yayılmışdı. Həmin məlumatda qeyd olunurdu ki, bu restoranların yeməklərinin hazırlanmasında genetik modifikasiya olunmuş (GMO) ərzaqdan və tez hazırlandığı üçün konservləşdirilmiş təhlükəli məhsullardan istifadə olunur. Bu isə restoranın xidmətindən istifadə edənlər arasında ağır fəsadlara gətirə bilər. Xəbərdə həmçinin o da bildirilirdi ki, bu qidalar insanlarda sonsuzluq, qan xərçəngi, vərəm və digər ağır xəstəliklərə rəvac verir, odur ki, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu restoranların fəaliyyətinin dayandırılması qərarı verilib. Digər tərəfdən, paytaxtdakı “McDonalds” restoranlarının birinə bomba qoyulması ilə bağlı yayılan həyəcanlı xəbər restorana gələn müştəriləri qorxuya salmışdı.

Məlumat üçün bildirək ki, ilk dəfə Amerikada açılan “McDonalds” restoranları Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir, rayonlarda bu tip restoranlar açılmayıb. Qeyd edək ki, “McDonalds”ın Azərbaycanda fəaliyyət göstərən restoranlarında həm qidalarla bağlı ciddi problemlər var, həm də bu restoranlar şəbəkəsində ölkə qanunlarına istənilən səviyyədə əməl edilmir. Məlum olduğu kimi, Tikinti Məcəlləsində “qırmızı xətt” anlayışı var. “Qırmızı xətlər” şəhərsalma sənədləri ilə müəyyənləşdirilmiş və mikrorayonların, məhəllələrin, habelə digər planlaşdırma strukturlarının ərazilərini küçə və meydanlardan ayıran sərhədlərdir. Qanunvericiliyə əsasən, bu xəttin yerləşdiyi ərazilərin üstündə heç bir tikinti işləri aparmaq olmaz. Təəssüf ki, “McDonalds”ın metronun “Gənclik” stansiyasının yaxınlığında, daha dəqiq desək, Fətəli Xan Xoyski küç., 830 ünvanında yerləşən restoranının tikintisi zamanı qanunlarımız nəzərə alınmayıb. Məhz buna görədir ki, qeyd olunan restoranın qarşısında hər gün bir neçə saat davam edən tıxac yaranır. Bizə verilən məlumatlara görə, restoran yola yaxın yerləşdiyi üçün böyük problemlərin yaranmasına rəvac verir: “Belə ki, günün pik saatlarında, eləcə də digər vaxtlarda nəqliyyat vasitələrinin sürücüləri bu ərazidən keçməkdə çətinlik çəkirlər. Dəfələrlə tuneldən çıxan maşınlar digər istiqamətdən gələn avtomobillərlə toqquşub, yaxud qəza şəraiti yaradıblar. Bundan başqa, restorana gələn müştərilər maşınlarını qadağan olunmuş zolaqda saxlayırlar ki, bu, tıxacın yaranmasına səbəb olan başlıca amillərdəndir. Son vaxtlar müvafiq qurumlar səviyyəsində Bakıda tıxacın yaranmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər görülür. Belə bir vaxtda “McDonalds”ın Gənclikdəki restoranı böyük problemlər yaradır. Ya bu restoran sökülməlidir, ya da aidiyyəti dövlət qurumları məsələyə bir əncam çəkməlidir”.

Ümid edirik ki, müvafiq instansiyalar tezliklə bu məsələyə reaksiya verəcək və problem həllini tapacaq. Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …

Bir cavab yazın