Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Cəmiyyət / Maliyyə Nazirliyindəki “Gədəbəy qruplaşması” – Cahangir Hacıyevi devirən qrupun əsas planı

Maliyyə Nazirliyindəki “Gədəbəy qruplaşması” – Cahangir Hacıyevi devirən qrupun əsas planı

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyətinin sədri vəzifəsinə “Aqrarkredit”in rəhbəri Məmməd Musayev gətirilir. 
Bu iddia ilə bağlı “Azadlıq” qəzeti yazı dərc edib.  Bildirilib ki, yaxın günlərdə Beynəlxalq Bankın (ABB) Müşahidə Şurasının yığıncağı keçiriləcək. Həmin yığıncaqda Məmməd Musayev Idarə Heyətinin rəhbərliyinə gətirilməsi məsələsi həllini tapacaq.
Məlumatda deyilir ki, Məmməd Musayev Beynəlxalq Bankın rəhbərliyinə xüsusi planlarla gəlir. Bu sırada bankın özəlləşdirilməsi əsas yer tutur.
Qeyd edək ki, Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda anadan olub. 1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D.Bünyatzadə adına Xalq Təsərrüfatı Institutunu (İndiki İqtisad Universiteti) fərqlənmə ilə bitirib. 1976-1984-cü illərdə Dövlət Bankının (Mərkəzi Bank) Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi olub. 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının Idarə Heyətinin sədri, 2001-ci ildən isə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Idarə Heyətinin sədridir.
Azinforum.az «Reytinq»ə istinadən xəbər verir ki, Məmməd Musayevin ABB-nin idarə heyətinin sədri postunu tutması haqda xəbər kifayət qədər ciddidir:
Məmməd Musayev
 
«Bəli, bankın səhmlərinin əsas hissəsinə nəzarət edən Maliyyə Nazirliyi və bu nazirliyin rəhbərliyi onun namizədliyi üçün var qüvvələrini səfərbər ediblər. Onun idarə heyətinin sədri olmasını ən çox arzulayan isə nazir Samir Şərifovun müavini, ABB-nin Müşahidə Şurasının sədri Azər Bayramovdur. Nazirlikdə «Gədəbəy qruplaşması»na rəhbərlik edən və «qara vəsaitləri»in toplanmasını ustalıqla həyata keçirən Azər Bayramov həm də təhsil nazirinin 1-ci müavini Ceyhun Bayramovun qardaşıdır. Bu isə qardaşların hansı qruplaşmaya bağlı olduqlarına işıq salır. Yəni dolayısı ilə ölkənin güclü qruplaşmalarından birinə bağlı olan Azər Bayramovun naziri Samir Şərifovun da hələ bilmədiyi çox ilginc oyunlarda adı keçir. Bəli, Azər Bayramov artıq özünü nəinki Maliyyə Nazirliyinin, hətta Cahangir Hacıyevdən sonra ABB-nin də «xaç atası» sayır. Məhz o, həmyerlisi sayılan Məmməd Musayevin ABB-nin sədri seçilməsini planlayıb və güman ki, buna da nail olacaq».
 
 
Azər BAYRAMOV
Maliyyə Nazirliyindəki adıçəkilən qruplaşmanın son aylar büdcə təşkilatlarının «canına birə kimi daraşıb» qanunsuz tələb edilən «haqq-hesablar»ın məbləğini qaldırmaları və digər maraqlı faktlarla bağlı araşqdırmalarımızı olacaq.
Yazıda adları hallanan şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Azərbaycandakı milyarder və milyonçular…

Hər il müxtəlif nüfuzlu nəşrlər dünyanın və eləcə də ayrı-ayrı ölkələrin zəngin insanlarının siyahısını açıqlayır. …

Bir cavab yazın