Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Cəmiyyət / Məhərrəm Əliyevin siyasi portireti

Məhərrəm Əliyevin siyasi portireti

QEYD: 10may.az saytında prezident İlham Əliyevin komandasında təmsil olunan simaların siyasi portiretlərini dərc etməyə başladıq.Bu günkü yazımız isə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri , general-leytenant Məhərrəm Əliyevdir.

Yaşanan uzun yol

1973-cü ildən Daxili İşlər orqanlarında xidmətə başlayan Məhərrəm Əliyev  1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. 24 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycan bayrağı” ordeni ilə, 25 iyun 2013-cü ildə “Vətən uğrunda” medalı ilə, 24 iyun 2014-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni[3] ilə təltif olunub.Beləcə illərdən sonra Məhərrəm Əliyev general rütbəsinə sahib oldu. Düzdür, bu gün Azərbaycanda general çoxdur. Amma Mahir Qabiloğlunun deyimincə desək Məhərrəm Əliyev əsl general oldu.

Polis sisteminə əlvida

timthumb

Məhərrəm Əliyevin polis sistemin də son iş yeri Bakı Şəhər Polis İdarəsinin  rəisi vəzifəsi oldu. Etiraf edək ki, bu vəzifədə işləyən də az qala Polis İdarəsi ilə DİN qarasında bir bərabərlik yaranmışdı. Bu isə Məhərrəm Əliyevin peşəkarlığının bariz nümunəsi idi. Bununla yanaşı prezident Heydər Əliyev ona çox inanırdı və bilirdi ki, ona sədaqətli üç nəfər varsa biri də Məhərrəm Əliyevdir. Məhərrəm Əliyev isə bu inamdan qəti şəkil də istifadə etmədi. Amma Polis İdarəsi ilə DİN arasında yaranan rəqabət sonra daha kəskin şəkil aldı və Məhərrəm Əliyev bununla da polis sistemindən bir dəfəlik kənarlaşdı.

Adını qoruyan general

Məhərrəm Əliyev uzun illər vəzifə də işləsə də adı hansısa çirkab oyunlarda çəkilmədi. Demək olar ki, 1993-98-ci illər Azərbaycanda ən gərgin illər idi. Bu illər də Məhərrəm Əliyev Bakı şəhəri kimi böyük bir şəhərin təhlükəsizliyinə cavabdeh idi və vəzifəsinin öhdəsindən layiqincə gələ bilirdi. Az qala hər gün mitinqlər keçirirlir, müxtəlif təxribatxarakterli addımlar atılırdı. Bütün bunların öhdəsindən gəlmək isə asan iş deyildi. Heydər Əliyev Məhərrəm Əliyevin bu işlərin öhdəsindən gəldiyini görür və buna görə Məhərrəm Əliyevə istənilən səlahiyyətləri verirdi. Məhərrəm Əliyevin fərqli bir dəyəri isə budur ki, işlədiyi müddət  də və indinin özündə də adı heç bir korrupsiya qalmaqalında hallanmayıb. O, sona qədər general şərəfini qoruyan sima oldu.

Psixoloji cizgiləri

1355213442-532

Nə qədər sərt görünsə də bir o qədər mülayim insandır. Ailəsinə, soy-kökünə çox bağlı olan simadır. Melonxolik insan tipindən çox uzaqdır. Məncə o daha çox saz havalarına maraq göstərir, muğama simpatiyası var. Çox böyük ehtimal ki, düşündürücü zarafatlara münasibəti pis deyil. Liderlik keyfiyyətləri güclüdür və bu həm ailədə həm də işlədiyi orqanlarda özünü göstərir. Haqsızlıqla barışmır və inandığını ona inkar etdirmək mümkün deyil. Bir sözlə el arasında deyildiyi kimi Məhərrəm Əliyev köhnə kişilərdəndir.

 

Eldəniz Elgün

Həmçinin oxuyun

BŞBPİ: Razılaşdırılmamış aksiyaların qarşısı polis tərəfindən alınacaq

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə icazəsiz aksiyaya çağırışlarla bağlı xəbərdarlıq edib. BŞBPİ-nin …

Bir cavab yazın