Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Bakıda “Porsche” ilə toqquşma zamanı ölən polis vəzifəli şəxsin oğlu çıxdı- VİDEO

Bakıda “Porsche” ilə toqquşma zamanı ölən polis vəzifəli şəxsin oğlu çıxdı- VİDEO

İki gün əvvəl Bakıda ağır qəzada ölən polis serjantının vəzifəli şəxsin oğlu olduğu açıqlanıb.
Report xəbər verir ki, polis kiçik serjantı Emil Zeynallı 5 saylı Doğum Evinin baş həkiminin müavini Aygün Qasımovanın oğludur.
Qeyd edək ki, mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi “Porsche” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti Bölməsinin əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi “Fiat-Dobla” markalı avtomobilə vurub.
Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.
Səbail RPİ tərəfindən araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın