Bazar , Avqust 18 2019
Ana səhifə / Cəmiyyət / KOMANDASI ELMAR VƏLİYEVDƏN NİYƏ İMTİNA EDİR? – ŞÖBƏ MÜDİRİ XƏSTƏXANALIQ OLDU

KOMANDASI ELMAR VƏLİYEVDƏN NİYƏ İMTİNA EDİR? – ŞÖBƏ MÜDİRİ XƏSTƏXANALIQ OLDU

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şöbə müdiri Həsən Məmmədovu işdən azad edib.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin vəzifədən azad olunması xəbərini icra hakimiyyətindən də təsdiqləyiblər.

Məsələ barədə unikal.org-a danışan Həsən Məmmədov deyib ki, səhhətində yaranan problemlə bağlı xəstəxanadadır: ”Heç nədən xəbərim yoxdur. Hazırda müalicə alıram, səhhətim normal deyil, sağlamlığımla məşğulam. Vəzifə də ömürlük ola bilməz”.

Sayt özəl mənbələrə istinadən bildirir ki, Həsən Məmmədovun xəstəxanaya yerləşdirilməsinin səbəbi Elmar Vəliyevlə aralarında yaranan insident olub.
Azinforum.az bildirir ki, Elmar Vəliyevin son vaxtlar komadası ilə sərt rəftar etməsinin kökündə duran məsələrdən biri də, onun barəsində mediada tənqidi materialların çoxalmasıdır. Əvvəllər Elmar Vəliyevin media siyasətini hazırda deputat olan Naqif Həmzəyev həyata keçirirdi.
Azinforum.az-ın əldə etdiyi məlumata görə, hazırda bəzi sayt rəhbərləri əllərində çıraq Gəncədən Milli Məclisə deputat seçilən Naqif Həmzəyevin axtarışına çıxıblar. Ancaq maraqlıdır ki, Naqif Həmzəyev əvvəllər “dostlar” siyahısına daxil etdiyi baş redaktorların telefon zənglərinə cavab verməyərək, onlardan yayınmağa çalışır. Bizə məlumat verən mənbə bildirir ki, jurnalistlərin Naqif Həmzəyevlə əlaqə yaratmağa cəhd etməsinin kökündə duran məsələ Elmar Vəliyevin rəhbərlik etdiyi Gəncə Şəhər İcra Hakimiyyətinin 3 aydır ki, bəzi saytlarla “əməkdaşlığı” kəsməsidir. Qeyd edək ki, millət vəkili mandatını qazanmadan əvvəl , Naqif Həmzəyev Elmar Vəliyevin media ilə əlaqərini tənzimləyən şəxs olub. Görünür, deputat seçiləndən sonra gənc millət vəkili bu cür “məsuliyyətli” işi özündən uzaqlaşdırmaq istəyir. Xatırladaq ki, sözügedən şəxs millət vəkili seçiləndən az sonra ADR-in qurucusu Məhəmmədəmin Rəsulzadə barəsində işlətdiyi tənqidi fikirlərə görə böyük ictimai qınağa tuş gəlmişdi.

Bildirilir ki, sonradan Naqif Həmzəyevin vaxtilə kurasiyasına aid edilən bəzi işlər Həsən Məmmədova həvalə edilsə də, o, bunun öhdəsindən gələ bilməyib.

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Metak” şirkəti cərimələndi

Bakı Apelyasiya Məhkəməsində “MET-AK” MMC-nin cərimə edilməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb.Bakupost xəbər verir ki, …

Bir cavab yazın