Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Kerol Meri Krofts: “Naxçıvanda ən çox yaddaqalan buradakı insanların gülərüzlüyü və bizə xoş münasibəti oldu”

Kerol Meri Krofts: “Naxçıvanda ən çox yaddaqalan buradakı insanların gülərüzlüyü və bizə xoş münasibəti oldu”

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər çərçivəsində diplomat rəsmi görüşlər keçirib, muxtar respublikanın təhsil, mədəniyyət, səhiyyə və istehsal müəssisələri ilə tanış olub.

Naxçıvandan xoş təəssüratlarla ayrılan xanım Kerol Meri Krofts “Şərq qapısı” qəzetinə müsahibəsində səfərinin məqsədi barədə danışıb:

– Mənim səfərimin məqsədi Naxçıvan Muxtar Respublikası ilə tanışlıq, eyni zamanda Böyük Britaniya ilə muxtar respublika arasında əməkdaşlıq imkanlarını öyrənmək idi. Mən Naxçıvan Dövlət Universitetində oldum, orada ingilis dilinə böyük maraq göstərildiyinə şahidlik etdim. Kollektivlə görüş zamanı müəllim və tələbələr təklif etdilər ki, Britaniya universitetləri ilə ingilis dilində onlayn kursların və ya fənlərin tədrisində birgə əməkdaşlıq edək. Mən eyni zamanda universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində ingilis dilində təhsil alan tələbələrin qarşısında çıxış etdim və tələbələrin suallarına cavab verdim.

Naxçıvanla əməkdaşlıq imkanlarının çox geniş olduğunu deyən səfir bildirib ki, biz Naxçıvan şəhərindəki Biznes Mərkəzində nümayiş etdirilən yerli məhsullarla tanış olduq. Gördük ki, burada inşaat materiallarından tutmuş ərzaq, geyim, mebel məhsullarınadək xeyli adda istehsal nümunələri var, eyni zamanda yerli xalça məmulatlarına baxdıq. Bu sahələr üzrə əməkdaşlıq etmək imkanlarını araşdırmaq olar. Bundan əlavə, qeyd etdiyim kimi, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanları genişdir. Naxçıvana səfərimiz zamanı rəsmilərlə də görüşlərimiz oldu və bildirmək istəyirəm ki, bir-birimizdən öyrənəcəyimiz çox sahələr var.

“Qərb ölkələrində yaşayanlar üçün Şərqdə maraqlı nüanslar tapmaq elə də çətin deyil. Naxçıvanda olduğunuz müddətdə daha çox nə xoşunuza gəldi?” – sualını xanım Kerol Meri Krofts belə cavablandırıb:

– Ən çox yaddaqalan buradakı insanların gülərüzlüyü və bizə xoş münasibəti oldu. Naxçıvanda yetişdirilən və istehsal edilən qida məhsulları çox keyfiyyətlidir. Mənə məlumat verdilər, eyni zamanda özüm də şahidi oldum ki, burada istənilən məhsul – limondan duza qədər hər biri təbiiliyi və keyfiyyəti ilə seçilir. Bundan əlavə, biz Duzdağ Fizioterapiya Mərkəzində olduq, mənə çox heyrətamiz təsir

bağışladı. Düşünürəm ki, bu mərkəz həmişə mənim üçün xüsusi yaddaqalan olacaq.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

Azinforum.az

k

 

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın