Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Cəmiyyət / “İstənilən Azərbaycan vətəndaşı xüsusi xidmət orqanlarına kömək göstərməlidir” – Keçmiş MTN zabiti

“İstənilən Azərbaycan vətəndaşı xüsusi xidmət orqanlarına kömək göstərməlidir” – Keçmiş MTN zabiti

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və polkovnik Azər Mehdiyevin işi üzrə keçirilən məhkəmə prosesində bəzi agentlərin kod adları, bəzilərinin isə adları mediada yayılıb. Hansı ki, bu məsələ günlərdir mətbuatda müzakirə olunmaqdadır. Çünki əksər ekspertlər istintaq materiallarının mətbuata ötürülməsi və MTN agentlərinin adının açıqlanmasını dövlət sirrinin yayılması kimi xarakterizə edirlər. O cümlədən, Dövlət Təhlükəsizlik Xidməti (DTX) də agentlərin adının açıqlanmasının yolverilməz olduğunu və bu məsələ ilə bağlı araşdırma aparıldığını bəyan edib.

Media üzrə hüquqşünas Ələsgər Məmmədli isə “Yeni Müsavat”a açıqlamasında deyıb ki, yayılan informasiyaların dövlət sirri olduğuna inanmır: ““Dövlət sirri haqqında” Qanunun 7-ci maddəsində deyilir ki, hüquq pozuntularına dair informasiyalar dövlət sirridirsə, məxfiləşdirilə bilməz. Mətbuatda müzakirəsi gedən, işdə də konkret hüquq pozuntularının ortaya çıxması faktları var. Bu da o deməkdir ki, həmin məlumatlar dövlət sirri kimi qorunmur. Yayılan məlumatlarda dövlət sirri olsaydı belə, media yaya bilərdi. Çünki həmin məlumatlar nəticə etibarı ilə mediaya gəlib çatıb. Digər tərəfdən, mətbuatda yayılan informasiyalarda hər hansı bir sənədə istinad yoxdur. Qeyri-müəyyən hərf birləşmələri var, bunlar da dövlət sirrini formalaşdıra bilməz”.

Keçmiş təhlükəsizlik zabiti Arzu Nağıyev mövzu ilə bağlı “Hürriyyət” qəzetinin suallarını cavablandırıb.

“Təhlükəsizlik çox bahalı şeydir. Bəri başdan onu həyata keçirmək lazımdr ki, sonradan o daha da bahalaşmasın”

– Arzu müəlim, Sizcə, Milli təhlükəsizliyin qorunması məsələləsi təkcə hüquq mühafizə orqanlarının işdir, yoxsa burda cəmiyyətin özünün də üzərinə məsuliyyət düşür?

– Söhbət dövlət və dövlətçilikdən gedirsə, təbii ki, bu tək hüquq mühafizə oranlarının və yaxud da xüsusi xidmət orqanlarının işi deyil. Əlbəttə, Azərbaycan Konstitutsiyasında bu, həmin qurumlara həvalə olunmuş vəzifələrdir. Bu vəzifələri həyata keçirənlərin hər biri Azərbaycan vətəndaşıdır və bu istiqamətdə öz funksiyalarını yerinə yetirirlər. Bundan başqa, dövlət və dövlətçilikdən söhbət gedirsə, dövlətə, ümumiyyətlə milli təhlükəsizliyə bir neçə təhdidlər var. Bu təhdidlər istər iqtisadi, siyasi, istərsə də fövqalədə hallar, terror, ərzaq təhlükəsizliyi üçün də var. Təbii ki, bunların hamsının qarşısını almaqda Azərbaycan vətəndaşı, ictimaiyyət də müvafiq dərəcədə xüsusi xidmət orqanlarına kömək göstərməli, bundan həm özləri yararlanmalı, həm də dövlətin və dövlətçiliyin bu istiqamətdə atdığı addımlara hərtərəfli yardımçı olmalıdırlar.

Xüsusi xidmət orqanlarının qarşısında duran vəzifə milli və dövlət təhlükəsizliyinə təhdidlərin qarşısını almaqdır. Bu da Azərbaycan Konstitusiyası ilə təsbit edilib. Hər bir Azərbaycan vətəndaşı, Azərbaycanda yaşayan istənilən bir şəxs bunu icra etməli və bu işdə onlara bacardıqları qədər köməklərini göstəməlidirlər. Çünki ingilislərin bir gözəl sözü var: “Təhlükəsizlik çox bahalı şeydir. Bəri başdan onu həyata keçirmək lazımdr ki, sonradan o daha da bahalaşmasın”. Ona görə də, hər bir vətəndaş bunu dərk etməli, dərindən bilməldir.

“Bunu yayan şəxslər özlərini sığortalamağa çalışır”

– MTN agentlərinin adlarının açıqlanması dövlət sirri təşkil edirmi?

-“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu var. Həmin Qanunun 5.4.2-ci maddəsinə görə, kəşfiyyat və əks-kəşfiyyat əməliyyatı həyata keçirən orqanlarla hər hansı bir konfidensial əsaslarla əməkdaşlıq edirlərsə, həmin əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlar dövlət sirri təşkil edir. Bu, birmənalı şəkildə belədir. Bu gün həmin şəxslərin adlarının, kimliklərinin açıqlanması birbaşa dövlət sirrinin yayılması deməkdir. Çox təəssüf ki, bununla bağlı Cinayət Məcəlləsində müəyyən maddələr olsa da, tam şəkildə açıqlanmır. Məhz belə məsələrə görə də o məlumatları yayan, eyni zamanda xidməti vəzifəsindən istifadə edərək bunları açıqlayan şəxs təbii ki, məsuliyyət daşımalıdır.

– O halda bu adların ictimailəşdirilməsində həmin şəxslərin nə marağı ola bilər? Ümumiyyətlə, bu açıqlamaların verilməsi kimlərin maraqlarına xidmət edir?

– İlk növbədə, bunu yayan şəxslər özlərini sığortalamağa çalışır. Hətta məlum məhkəmə hadislərindən sonra, açıqlamalar ondan ibarət oldu ki, verilən vəsaitlərin, yəni istər agentura, istər məxfi məlumatların müqabilində mükfatların hara getdiyini açıqlamağa çalışırlar. Məhz buna görə də bəri başdan özlərini sığortalmaq üçün bu rəqəmləri deməklə, eyni zamanda bu şəxsləri açıqlamağa çalışırlar. Düşünürəm ki, bu aparılan məhkəmədə hər hansı bir texniki persona və yaxud digərlərinə yad olan bir şey olmalıdır və məhkəmənin bu hissəsi də qapalı keçirilməlidir.

– Sizcə, agentlərin adlarının açıqlanması DTX-nin fəaliyyətinə hər hansı problem yarada bilərmi?

– Düşünürəm ki, hər hansı bir mənbənin açıqlanması gələcək fəaliyyətdə istənilən hüquq mühafizə orqanına, eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinə və digər xüsusi xidmət orqanlarına ancaq ziyan gətirə bilər. Çünki qarşıdakı şəxs vətəndaşdır, insandır və tam şəkildə özünün sığorta olunmasına qarant alandan sonra bu istiqamətdə müvafiq addımlar ata bilər. Ona görə də, hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti və digər xüsusi xidmət orqanları tam şəkildə agentləri qorumalı və gələcəkdə bu məlumatı yayanların qarşısının alınması istiqamətində müvafiq addımlar atmalıdır. Yoxsa, təbii ki, özlərinin apardığı işlərdə də uğursuzluğa uğraya bilərlər.

– Əgər agentlərin adlarının açqılanması DTX-nın maraqlarına ziddirsə, ola bilərmi ki, bununla məhz DTX-nın özü hədəfə alınıb?

– Düşünmürəm ki, tam şəkildə DTX hədəfə alınsın. Belə məsələlərdə dövlət və dövlətçilik hədəfə alınır. Məlum məsələdir ki, xüsusi xidmət orqanlarında 2015-ci ilə kimi olan məsələlər necə olub, ondan sonra niyə məhkəmələr qurulub və hansı prinsiplərdən istifadə olunub. Ümumiyyətlə, xüsusi xidmət orqanlarının işinə belə şeylər daim xələl gətirir, gətirəcək də. Çünki bu məsələlər tək hansısa qurumu iflic etmək üçün deyil. Bu, ümumiyyətlə, xüsusi xidmət orqanlarının iflicinə gətirib çıxara bilər. Buna görə də, bunun qarşısı vaxtında və çox mühüm surətdə alınmalıdır. Düşünürəm ki, bununla əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin mühüm bəyanatı oldu və bu istiqamətdə təbii ki, onlar öz fəaliyyətlərini davam etdirəcəklər.

– Bir halda ki, agentlərin adlarının ictimailəşməsini dövlət sirrinin açıqlanması kimi xarakterizə edirsiniz, o halda, sizcə, bu informasiyanı yayan və yayılmasını təşkil edən insanlar məsuliyyətə cəlb olunmalıdırmı?

– Təbii ki, onların hamısı məsuliyyətə cəlb olunacaqlar. Əlavə olaraq bu məsuliyyətlə bağlı müvafiq addımlar da atılacaqdır. Bu gün həmin adamların adının necə ora gedib çıxması, eyni zamanda bunların kimin marağında olması, hansı istiqamətlərdən, strukturlardan gəlməsi məsələsinə müvafiq qiymət veriləcək və bu istiqamətdə mühüm işlər davam edir.

DTX bu gün həm kadr siyasəti, həm də xüsusi xidmət orqanı olaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçimək, eyni zamanda son zamanlarda baş verən hadisələrlı bağlı, müxtəlif terror aktlarının qarşısının alınmasında müvafiq addımlar atırsa, demək, bu gün onların işi həddindən artıq çətin və çoxdur. Düşünürəm ki, bunun öhdəsindən gələcəklər. Sadəcə olaraq zaman kəsiyi onların xeyrinə işləmir. Yəni zaman azdır. Ancaq bu istiqamətdə müvafiq addımlar atırlar.

“Xüsusi xidmət orqanlarında bu mənbələrlə işləyən əməliyyatçılara diqqət daha da artırılacaqdır”

– Bəs, indiki halda DTX-nın istər daxildən, istər də xaricdən yeni agentləri əməkdaşlığa cəlb etməsi çətin olmayacaq?

– Hər bir xüsusi xidmət orqanının öz işi, fəaliyyəti, funksiyası var. Heç bir xüsusi xidmət orqanı öz fəaliyyətindən və gördüyü işdən kənarda dayanan deyil. Bu istiqamətdə təbi ki, bütün proseslər davam etdiriləcəkdir. Bu artıq yeni dərs, görk olar. Xüsusi xidmət orqanlarında məhz bu mənbələrlə işləyən işçilərə, əməliyyatçılara diqqət daha da artırılacaqdır.
Hurriyyet.org

Həmçinin oxuyun

“İkimizin də dədəmiz eyni ağıldadı…” – Kəramət Böyükçöl

“Atam hirslənib status yazmışdı ki, oğlum Kəramətdən imtina edirəm, onu tabutuma yaxın buraxmayın. Həmin günün …

Bir cavab yazın