Bazar ertəsi , May 27 2019
Ana səhifə / Cəmiyyət / İki gəncin ölümü icra başçısının hovuzunda olub?! – Sensasion iddia yayıldı

İki gəncin ölümü icra başçısının hovuzunda olub?! – Sensasion iddia yayıldı

5 sentyabr tarixində bir çox mətbu orqanlarda Şəkidə baş vermiş bədbəxt hadisə barədə informasiya yayıldı. Yayılan xəbərdə bildirilirdi ki, 1995 – ci il təvəllüdlü Zəkəryayev Sadiq və Əhmədov Röyal süni göldə boğularaq dünyalarını dəyişiblər.
Azinforum.az Moderator.az-a istiandən xəbər verir ki, hadisə deyildiyi kimi süni göldə baş verməyib. Əslində hər iki gənc Şəkinin icra başçısı Elxan Usubova aid olan bağda işləyən zaman hovuza düşərək ölüb. Mənbənin verdiyi xəbərdə bildirilir ki, Elxan Usubova aid olan meyvə bağında 300 tonluq su hovuzu  mövcuddur. İcra başçısı bu hovuzdan bağdakı meyvə ağaclarının suvarılması üçün istifadə edir. Bu meyvələr də öz növbəsində bazara çıxarılaraq satılırdı. Yəni qeyd olunan bağ icra başçısının mülküdür və o, bu bağdan biznes maraqları üçün istifadə edirmiş. Gənclər də əmək  haqqı alaraq bu bağda işləyirlərmiş.
Qeyd edək ki, Moderator.az – ın əməkdaşı mərhumlardan birinin yas mərasimində iştirak edib və bu barədə adının çəkilməsini istəməyən mötəbər mənbədən bununla bağlı məlumat alıb.
Materialda adı çəkilən qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …

Bir cavab yazın