Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Cəmiyyət / İcra başçısının ailəsində FACİƏ – Daha bir qardaşı qəzada öldü

İcra başçısının ailəsində FACİƏ – Daha bir qardaşı qəzada öldü

Zərdab rayon icra başçısı Lütvəli Babayevin qardaşı Əliağa Babayev Rusiyada yol qəzasında həyatını itirib.

BakuPost.az-ın əldə etdiyi xəbərə görə, Ə.Babayev Novosibirsk şəhərindən 50 kilometr aralıda avtomobil qəzası törədib və dünyasını dəyişib.

Məlumata görə, o, Rusiyada bizneslə məşğul olurdu. 1978-ci ildən Novosibirskdə yaşayan Əliağa Babayevin cənazəsi iyunun 7-də Mingəçevirə gətiriləcək.

Yada salaq ki, ötən il icra başçısının bacısı və nəvələrinin olduğu avtomobil Ucar rayonu ərazisində yol qəzası tödərib. “Toyota” markalı avtomobillə törədilən qəzada başçının bacısı Kamilə Babayeva ilə yanaşı, yeznəsi və qızı olub. Yaralılar xüsusi vertolyotla Bakıya gətiriliblər.

İcra başçısının Babaş Babayev adlı qardaşı isə 15 il əvvəl Ağsu aşırımında baş verən ağır qəzada ölüb.

Onun digər qardaşı Hacı Xanəli Babayev isə Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı, Mingəçevir şəhərinin axundudur.

Həmçinin oxuyun

ADU-da “Çin dili körpüsü” müsabiqəsində Əsgərova Xədicə I yerə laiq görülüb

Bakı Dövlət Universitetində (ADU) XII beynəlxalq Çin dili üzrə “Çin dili körpüsü” müsabiqənin Azərbaycan üzrə …

Bir cavab yazın