Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / İcra başçısı kreslosunu təhvil versə də, nömrəsindən keçmədi – FOTO

İcra başçısı kreslosunu təhvil versə də, nömrəsindən keçmədi – FOTO

Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı təyin olunan Zakir Fərəcov artıq vəzifə başındadır. Azinforum.az -ın ORCTV-yə istinadən verdiyi məlumata görə, dünəndən Sumqayıta icra başçısı təyin olunan Zakir Fərəcov Abşeron rayonunun icra hakimiyyəti postunu İradə Akif qızı Gülməmmədovaya təslim etsə də, amma xidməti “Leksus” 01-AA-001 dövlət nömrə nişanlı avtomobilini hələ də təhvil verməyib. Zakir Fərəcov Sumqayıta icra başçısı postuna təyinatının elə ilk iş günündə idarə bu avtomobillə gəlib.
Qeyd edək ki, bundan öncə sabiq icra başçısı Eldar Əzizov 50-AA-001 dövlət nömrə nişanlı BMW markalı avtomobildən istifadə edib.
 

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın