Bu gün Nizami rayon icra başçısı Arif Qasımov R.Rüstəmov küçəsindəki parkda sakinlərlə görüş keçirib.
Görüşdə 100-ə yaxın sakin iştirak edib. Onlar müxtəlif problemlərlə bağlı icra başçısına müraciət ediblər. Rayon sakinləri əsasən kommunal problemlərdən şikayətləniblər. İcra başçısı Arif Qasımov bəzi vətəndaşların problemləri ilə bağlı yerindəcə göstərişlər verib.
Musavat.com-un kamerasına danışan icra başçısı Arif Qasımov bildirdi ki, bütün şikayətlər qeydə alınıb və müvafiq tədbirlər görüləcək: “ Bugünki görüşümüzdə sakinlərin səsləndirdiyi bütün problemləri qeyd etdik. Bizim səlahiyyətimizdə olan məsələlərlə bağlı yerindəcə tapşırıqlar verdik. Digər nazirliklərə aid olan şikayətləri isə, növbəti günlərdə aidiyyatı üzrə göndərəcəyik”.