Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Cəmiyyət / GÜNEYLİ AZƏRBAYCANLILAR DAK-I PARÇALAMAQ İSTƏYƏN MƏRDAN SEYİDBƏYLİ HAQDA DƏHƏŞTLİ FAKTLAR AÇIQLADI – FOTO

GÜNEYLİ AZƏRBAYCANLILAR DAK-I PARÇALAMAQ İSTƏYƏN MƏRDAN SEYİDBƏYLİ HAQDA DƏHƏŞTLİ FAKTLAR AÇIQLADI – FOTO

Son günlər Güney Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə vasitəsi “Teleqram” kanalları və qruplarında Azərbaycan Dövlət Diaspor Komitəsi haqqında xüsusi məlumat yayılıb. Güney Azərbaycan milli hərəkatının xaricdəki durumu ilə bağlı “Həqiqəti göstərmək ən dərin amalımızdır” adlanan “Qartal” silsilə raporları” başlığı adı altında verilən buraxılışda son əsrlərdə parçalanma siyasəti ilə üz-üzə qalan Azərbaycan türklərinin mövcud durumuna, Güney Azərbaycan milli hərəkatının xaricdə təmsil edilmə vəziyyətinə toxunulub, dünya azərbaycanlıları arasında qəsdli olaraq düzgün təşkil edilməyən diaspor siyasətinin yetərsizliyndən və bu məsələyə məsul olan qurumun yarıtmazlığından bəhs edilib. “Bu millətin yeganə hüquqi təmsilçisi Azərbaycan Cümhuriyyətidir.

 

m1

 

Bu baxımdan təbii olaraq bu millət üçün “Vatikan funksiyası”nı (mənəvi-hüquqi) yerinə yetirmə görəvi də Azərbaycan Respublikasının ( Quzey Azərbaycan) üzərinə düşməlidir” fikrinin ardından diaspor siyasətində çatışmamazlıqların, boşluqların hansı səbəbdən qaynaqlandığının izah edilməsi ilə yanaşı səbəblərlə bağlı bu proseslərin iştirakçısı olmuş şəxslərin ifşa edilməsi, bundan sonra ardıcıl olaraq onların qaranlıq və anti- milli fəaliyyətlərini faktlarla, ayrı- ayrı raporlarla “Azərbaycan türklərinin vicdan yarqısına sunulacağı” qeyd edilib. “Qartal” silsilə raporlarının ilk buraxılışında təxribat və pozuculuq funksiyasında ardıcıl fəaliyyəti bilinən və bu məqsədlə özünü müxtəlif vəzifələrdə təqdim edən Mərdan Seyidbəyli haqda məlumat verilib. Raporda onun cinayət xarakterli əməllərini göstərən ilginc faktlar və rəsmi sənədlər əks olunub. Quzey Azərbaycan milli auditoriyasınının məsələ ilə bağlı marağını nəzərə alıb buraxılışdakı yazılı mətni və sənədləri olduğu kimi təqdim edirik. Qeyd edək ki, “Telqram” hal-hazırda İranda ən çox istifadə olunan sosial şəbəkədir. Güney Azərbaycandakı siyasi və sosial aktivliklərin təşkilində xüsusi rola malikdir.

“Güney Azərbaycan milli hərəkatının xaricdəki durumu ilə bağlı

“QARTAL”silsilə raporları

”Həqiqəti göstərmək ən dərin amalımızdır”

Millətimizə və şərəfli milli fəallarımıza hörmətlə

Son ikiyüzilin məlum parçalanma siyasətindən sonra müstəmləkə əsarəti ilə tarixi dövlətçiliyini, bölgədəki siyasi mövqeyini itirən Azərbaycan türklərini təmsil edən yeganə dövlət qurumu onun tarixi torpaqlarının kiçik bir hissəsində mövcud olan Azərbaycan Respublikasıdır. Vahid dövlət ərazisinin bir neçə yerə parçalanması nəticəsində nüfuzunun böyük bir qismi yad siyasi sistemlərin idarəsinə düşən və müəyyən bir qismi dünyanın müxtəlif nöqtələrinə səpələnən Azərbaycan türklərinin hal- hazırda yeganə birləşmə nöqtəsi də məhz Azərbaycan Respublikası sayılır.

m2
Gerçəklik budur ki, Güney Azərbaycan başda olmaqla dünyanın müxtəlif ərazilərində yaşayan Azərbaycan türklərinin vahid millət olaraq mövcud problemləri həll olunmamış vəziyyətdə qalır. Və bu millətin yeganə hüquqi təmsilçisi də Azərbaycan Cümhuriyyətidir. Bu baxımdan təbii olaraq bu millət üçün “Vatikan funksiyası”nı (mənəvi-hüquqi) yerinə yetirmə görəvi də Azərbaycan Respublikasının( Quzey Azərbaycan) üzərinə düşməlidir.

Hal- hazırda Quzey Azərbaycanda Güney Azərbaycan milli məsələsi, həmçinin Azərbaycan Dövlət Diaspor Komitəsi də başda olmaqla dünya azərbaycanlılarının diaspor fəaliyyəti iddiası ilə bulunan bir neçə partiya və qrup fəaliyyət göstərir. Bununla yanaşı ABŞ və Avropada Güney Azərbaycanlı mühacirlərin də yaratdığı müəyyən təşkilatlar vardır. Qaynaqlarımızın əldə etdiyi məlumata görə İsveç başda olmaqla ümumavropada Güney Azərbaycan məsələsi ilə məşğul olan 500-ə qədər dərnək və quruluş qeydiyyatdan keçmişdir (yazının uzanmaması üçün həmin dərnəklərin adlarını sadalamırıq). Qeyd etdiyimiz kimi bu sahədə kifayət qədər təşkilat yaradılıb fəaliyyət göstərsə də bu qurumlardan heç biri Güneyin daxilində cərəyan edən hərəkatın mahiyyətini ifadə edə bilməmişdir, üstəlik hər hansı ciddi milli birlik və lobbiçilik fəaliyyəti də müşahidə olunmamışdır. Bunun bir neçə səbəbi vardır ki, onlardan biri xaricdə Güney adına fəaliyyət göstərmək iddiasında olan əksər mühacir güneylilərin milli keçmiş fəaliyyətlərinin o qədər də sağlam və parlaq olmamasıdır. Bu da onunla bağlıdır ki, bu kəslərin orta yaş həddi 40- dan yuxarı olduğuna görə onların əksəriyyəti İranda keçmiş sol siyasi hərakatların ( Tudə, Çirikhaye fədai: əqəliyyət-əksəriyyət, Mocahedine Xəlq, və s.) üzvləri və funksionerləri olmuşdur. Sol hərakatda olanların isə zamanla Azərbaycanın milli maraqlarına, tarixi-ərazi bütövlüyünə qarşı fars rejimi , fars opozisiyonu və qeyri- etniklərin separat cəbhəsi ilə ( kürd və s.) müştərək hərəkət edib siyasi məqsədləri naminə onların anti- Azərbaycan işləmlərində xəyanət ortağı olmaları bir faktdır. İranın o dönəmki siyasi atmosferini nəzərə alaraq sol cərəyanların mövcudluğunu doğal qarşılayırıq. Lakin həmin cərəyanların Azərbaycan türklərinin milli kimlik və maraqlarına istiqamətlənən hər hansı ciddi strategiya və hədəfləri olmamışdır. İran İslam inqilabından sonra sollar başda olmaqla bütün müxalifəti məhvetmə siyasətinin nəticəsində bir çox azərbaycanlı siyasi şəxs və sempatizan Avropa və Amerika ölkələrinə mühacirət etmək məcburiyyətində qaldılar. Sol hərəkatları tamamilə iflasa uğradı. Bunlarla yanaşı Kürdüstan Demokrat Partiyasına Sulduz qətliamında öz soydaşlarına qarşı siyasi və lojestik dəstəkdə bulunan sol görüşlü azərbaycanlılar da az olmamışdır. İndi onlardan bir neçəsi Avropada Güney Azərbaycan haqlarıdan danışır (!). Bu paradoksal mənzərə bizim səbəb kimi yuxarıda vurğuladıqlarımıza işıq tutur.

m3

Digər əsas bir səbəb isə qeyd etdiyimiz kimi dünya azərbaycanlılarını təmsil etmə nöqtəsində yeganə hüquqi və mənəvi statusu olan Azərbaycan Respublikasının diaspor siyasətinin yetərsizliyidir.

Bu yöndə Azərbaycan Diaspor Komitəsi, Dünya Azərbaycanlıları Konqresi (DAK) və Bütöv Azərbaycan iddiasında olan digər partiya və NGO-ların qüsurlu və hətta qərəzli fəaliyyətləridir. ADK (Azərbaycan Diaspor Komitəsi)-nin fəaliyyətini incələdikdə gəldiyimiz qənaət budur ki, həmin komitənin hansı qüvvələr tərəfindən idarə olunması bizə məlum olmasa da onun qeyri- milli siyasət aparması aydın məsələdir. O cümlədən 2008- ci ildə Dünya Azərbaycanlıları Konqresinin parçalanması məhz həmin komitənin qaranlıq və qeyri-leqal fəaliyyətinin nəticəsində gerçəkləşmişdir. Bütöv Azərbaycan iddiasında olan bir sıra partiyaların və ictimai- siyasi vitrində görünən ayrı-ayrı simaların siyasi – biznes , şəxsi maraq və eqoları, məlum və qeyri- məlum qrant resurslarının əldə edilməsi uğrundakı mübarizələri bu yöndə vahid millin xəttin parçalanmasına gətirib çıxarmışdır.

Bu parçalanma özünü siyasi və ideoloji alanda göstərmişdir;

1. Ortaq milli şəxsiyyətlərin təxrib və təhqir edilməsi, yandaş media vasitəsiləri ilə bu cəhdlərin ictimailəşdirilməsi, cəmiyyətdə milli inam hissinin sarsıdılması

2. Müəyyən mərkəzlərin tapşırığı əsasında xüsusi siyasi şəbəkə və qrupların ideolojik parçalanma funksiyasını həyata keçirmək yönündə müxtəlif metodlara əl atılması. Məsələn, hər hansı bir tarixi şəxsiyyətin və hadisənin əsassız olaraq milli xəttə zidd şəkildə şişirdilməsi və ya kiçildilməsi

3. Güney Azərbaycan sorununu kölgədə saxlamaq amacıyla süni radikal Türkçü çevrələrin yaradılması, hansı ki, onların fəaliyyət mərkəzində Güney Azərbaycan milli məsələsini kənarda saxlayaraq siyasi acıdan qeyri- real olan və stratejik yükümü olmayan Türk toplumlarının məqsədli şəkildə qabardılması

4. Quzey Azərbaycanda mühacir həyatı sürən güneylilərə rəsmi vətəndaşlıq statusunun verilməməsi

5. Birlik çağırışları və bu yöndə müəyyən addımların gerçəkləşməsi anında əvvəlcədən təyin edilmiş və hazır vəziyyətdə saxlanılan xüsusi qruplar vasitəsilə əks propaqandanın aparılması və birlik cəhdinin reallaşmaması üçün maksimum təxribat fəaliyyətinin təşkili. Bu məqsədlə birlik çağırışında bulunan tədbirlərə alternativ saxta tədbirlərin təşkil edilməsi, ictimai rəyin azdırılması

6. Öz kirli məqsədləri və müəyyən siyasi sifarişlər müqabilində Bütöv Azərbaycan və Türklük ideyasına xəyanət edən vitrin simaların saxtakarcasına qəhrəman kimi təqdim edilməsi.

Biz zamanla bu proseslərin iştirakçısı olmuş şəxslərin qaranlıq və anti- milli fəaliyyətlərini faktlarla Azərbaycan türklərinin vicdan yarqısına sunacağıq. Bu məqsədlə ardıcıl surətdə həmin şəxsləri ifşa edən ayrı- ayrı raporlarla soydaşlarımızı bilgiləndirəcəyik.

m4

RAPOR NÖ : 1

Mərdan Qəniyev(Seyidbəyli) Bəşir oğlu- 26.11. 1970 – ci il Cəlilabad doğumlu

Qaynaqlarımızın əldə etdiyi məlumata əsasən Mərdan Qəniyev (Seyidbəyli) yuxarıda qeyd edilmiş bir neçə bəndin və əsasən də 5-ci bənddə göstərilmiş təxribat fəaliyyətlərinin əsas icraçılarından biridir. Özünü Dovlət Əmlak Komitəsinin sədr müavini və Dünya Azərbaycanlıları Konqresinin sədri kimi təqdim edən Mərdan Seyidbəyli bu rəsmi titullardan saxtakarcasına istifadə edərək öz şəxsi biznesini təşkil etməyə çalışarkən sadə quzeyli vətəndaşlarla yanaşı bir sira güneyli tələbələri, işçi və mühacirləri aldatmış, onlara müəyyən vədlər verərək əmlaklarını və maddi vəsaitlərini mənimsəmişdir. Aldadılmış həmin şəxslər öz haqlarını tələb edərkən təhdid və şantajla qarşılaşmışlar. Zərərçəkən şəxslərdən biri olan Azərbaycan Tibb Universitetinin( ATU) güneyli tələbəsi Rəhim Fəthipur Əkbərəli oğludur. (şəhid Hüseyn Fəthipurun qardaşı: 2006 may qiyamında Sulduz şəhərində İranın SEPAH snayperləri tərəfindən vurularaq şəhid edilmişdir). Həmin şəhid ailəsinin Mərdan Seyidbəyli tərəfindən məruz qaldığı dəhşətli hadisələr rəsmi sənəd və faktlarla rapora əlavə olaraq diqqətinizə çatdırılır.

Həmçinin oxuyun

“Mən sizin Şuşada icra başçınızam, Bakıda yox”

“Evimiz yanıb kül olub. Bütün əşyalarımız yanıb, heç nəyi çıxara bilməmişik. Qışın ortasında günlərdir ki, …

Bir cavab yazın