Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Fәlakәtdәn xilas edilmiş dәnizçilәrdәn son xәbәr – fotolar

Fәlakәtdәn xilas edilmiş dәnizçilәrdәn son xәbәr – fotolar

Xəbər verdiyimiz kimi “Günəşli” yatağının yanğın baş vermiş 10-cu Dərin Dəniz Özülündən təxliyyə edilmiş neftçilərin bir qismi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. 
Musavat.com-un xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, qəbul edilən 31 xəstədən 22-sinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Həkim Adil İsayevin verdiyi məlumata görə, hazırda xəstəxanada 7 xəstə yatıb. Onların vəziyyəti stabildir.
Fəlakətzədələrdən birində isə yanıq xəsarətləri olduğundan 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib. Onun da vəziyyətinin stabil olduğu bildirilir.
Həkim bundan başqa bildirdi ki, bu gün səhər saatlarında səhiyyə naziri Oqtay Şirəliyev də xəstələrə baş çəkib. O, hər bir xəstənin vəziyyəti ilə maraqlanaraq, palatalarında olub.

Adil İsayev

 

 

 

 

 

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın