Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Estakada dənizə uçdu: itkin düşənlər var – Rəsmi məlumat

Estakada dənizə uçdu: itkin düşənlər var – Rəsmi məlumat

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar SOCAR rəsmi məlumat yayıb.

Azinforum.az xəbər verir ki, hadisə bu gecə səhər saat 05.00 radələrində baş verib.

Məlumatda deyilir ki, Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçub.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

İtkin düşənlərin ad-soyadı belədir:

1. Zülfüqarov Güloglan – maşinist
2. Zülfüqarov Azay – operator
3. Qurbanov Vidadi – operator
4. Həsənov Elçin – mexanik
5. Hacıəliyev Həsənağa – operator
6. Qafarov İlham – operator
7. Əsədov Samir – operator
8. Bəhrəmov Cavid – operator
9. Abbasov Ramiz – maşinist
10. Rüstəmov Qorxmaz – operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunmuşdur. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılmışdır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

***

Ötən gecə “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakada uçub dənizə düşüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə zamanı estakadada 10 nəfər işçi olub. İlkin məlumatda bir nəfərin cəsədinin tapıldığı deyilir. Qalan 9 nəfər itkin düşüb.

Faktı SOCAR-dan Teleqraf.com-a təsdiqləyiblər. Yaxın vaxtlarda rəsmi açıqlama veriləcək.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın