Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Cəmiyyət / Ermənistana “sığındığı” iddia olunan Şahin Mirzəyev kimdir? – “O, uzun müddət Müsavat Partiyasında təmsil olunub”

Ermənistana “sığındığı” iddia olunan Şahin Mirzəyev kimdir? – “O, uzun müddət Müsavat Partiyasında təmsil olunub”

BBC-nin Azərbaycan xidməti Ermənistan hakimiyyətindəki dairələrə istinadən  Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü Şahin Mirzəyevin Ermənistanda “müvəqqəti sığınacaq” aldığı ilə bağlı xəbər verib. Ermənistan Xarici İşlər Nazirliyinin  yaydığı bəyanatda  istinadən deyilir ki,  Ermənistana sığınan şəxs həm də, “Tolişi Sado” qəzetinin əməkdaşıdır. 

Azinforum.az məlumatın nə dərəcədə həqiqətə uyğun olub-olmaması ilə bağlı  “Azəri-Talış” İctimai Birliyinin  sədri Mehdibəy Səfərovla əlaqə saxlayıb. Birlik sədri  saytımıza açıqlamasında bildirdi ki, Şahin Mirzəyevi tanıyır:

“Dediyiniz adam əslən Lerik rayonun Kəlvəz kəndindəndir. O, uzun müddət Musavat Partiyasında  təmsil olunub. Sonra, müəyyən narazılıqlar səbəbindən oranı tərk edib. Mən bu məsələni dəqiqliyini öyrənib, öz səhifəmdə Talış dilində qiymətimi verəcəm. Respublika Talış Mədəniyyət Mərkəzinin rəhbəri isə mən yox, Rafiq Cəlilovdur. Yaxşı olar ki, bu sualları ona ünvanlayasınız”.

Azinforum.az Şahin Mirzəyevin vaxtilə Müsavat Partiyasında təmsil olunub-olunmaması ilə bağlı  partiyanın başqan müavini Gülağa Aslanlıya müraciət edib. Təəssüflər olsun ki, Gülağa bəy ona ünvanlanan suala cavab vermək istəməyib.

İstirahət günü olduğu səbəbindən biz  bu məsələyə rəsmi qurumların münasibətini öyrənə bilmədik. 

Azinforum.az

 

Həmçinin oxuyun

İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı – FOTOLAR

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov özünə dəyəri 250 min manat olan avtomobil alıb. Unikal.org-un …

Bir cavab yazın