Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Cəmiyyət / Er­mə­nis­tan or­du­su ilə xalq ara­sın­da uçu­rum son həd­də, “or­du-mil­lət” mü­za­ki­rə­si rəs­mən or­ta­ya gəl­di…

Er­mə­nis­tan or­du­su ilə xalq ara­sın­da uçu­rum son həd­də, “or­du-mil­lət” mü­za­ki­rə­si rəs­mən or­ta­ya gəl­di…

Er­mə­nis­tan­da or­du­nu düş­dü­yü ağır və­ziy­yət­dən xi­las et­mək üçün müx­tə­lif yol­lar ax­ta­rı­lır. Ar­tıq bu­nun­la bağ­lı mü­da­fiə na­zi­ri Vi­gen Sar­kis­ya­nın iş­ti­ra­kı ilə “Or­du-mil­lət 2017” ad­lı fo­ru­mun ke­çi­ril­mə­si­nə start ve­ri­lib. Mü­da­fiə na­zi­ri bil­di­rib ki, bu­gün­kü re­al­lıq­lar bu ad­da fo­ru­mun ke­çi­ril­mə­si­ni zə­ru­ri edir: “Biz on­suz da bu for­mu­la­ya uy­ğun mil­lə­tik. An­caq bi­zim cə­miy­yə­ti­miz­də əs­gər­lər­lə za­bit­lə­rə ey­ni mü­na­si­bət yox­dur. Cə­miy­yət və­tə­nin ke­şi­yin­də du­ran əs­gə­rə bəs­lə­di­yi sev­gi­ni za­bi­tə bəs­lə­mir”.
Gö­rün­dü­yü ki­mi, Er­mə­nis­tan­da or­du ilə mil­lət ara­sın­da olan uçu­rum o qə­dər bö­yük­dür ki, bu­nu ara­dan qal­dır­maq üçün ay­rı­ca fo­rum təş­kil edi­lib. Bu uçu­ru­mu ara­dan qal­dır­ma­ğa fo­rum­la­rın gü­cü ça­tar­mı?
Hər­bi eks­pert Meh­di Meh­di­yev “bakı-xeber”ə  açıq­la­ma­sın­da bil­dir­di ki, be­lə təd­bir­lə­rə tə­sa­dü­fən əl atıl­mır:

“Er­mə­nis­tan or­du­sun­da doğ­ru­dan da acı­na­caq­lı və­ziy­yət hökm sü­rür. Xü­su­si­lə də bö­yük ni­zam-in­ti­zam­sız­lıq var. “De­dov­şi­na” de­yi­lən bir fak­tor on­la­rın or­du­sun­da sü­rət­lə ya­yı­lır və bu­nun qar­şı­sı­nı ala bil­mir­lər. Şəx­si he­yət ça­tış­maz­lı­ğı, fə­ra­ri­lik uc­ba­tın­dan tə­sa­dü­fi adam­la­rı be­lə ödə­niş­li əsas­lar­la or­du­ya cəlb edir­lər. Be­lə hal­lar xü­su­si­lə ön xət­də da­ha çox nə­zə­rə çar­pır. Hə­min adam­lar da or­du­ya ça­ğı­rı­lan əs­gər­lə­rin ba­şı­na min oyun açır. Be­lə mə­lu­mat­lar­la siz Er­mə­nis­ta­nın öz sayt­la­rın­da ta­nış ola bi­lər­si­niz. Er­mə­nis­tan cə­miy­yə­tin­də or­du­nun rəh­bər he­yə­ti­nə qar­şı nif­rə­tin kö­kün­də məhz bu amil du­rur. Cə­miy­yət əs­gər­lə­ri öz öv­la­dı he­sab et­di­yi üçün, on­la­ra nis­bə­tən rəhm­li dav­ra­nır. Bü­tün bu hal­la­rı Er­mə­nis­tan rəh­bər­li­yi gö­rür. Bu sə­bəb­dən də be­lə cəhd­lər olur. Ap­rel dö­yüş­lə­rin­dən son­ra on­la­rın cə­miy­yə­tin­də or­du­ya inam bir qə­dər də aza­lıb. Bu­nu ara­dan qal­dır­maq üçün Er­mə­nis­tan qı­sa­met­ra­jı film­lər çə­kib so­si­al şə­bə­kə­lər­də yer­ləş­di­rir ki, bəl­kə gənc­lər­də və cə­miy­yət­də or­du­ya inam ar­tar. Mən he­sab edi­rəm ki, han­sı­sa fo­rum­lar, kon­frans­lar­la bu prob­le­mi ara­dan qal­dır­maq müm­kün de­yil. Çün­ki bu kin-kü­du­rət Er­mə­nis­tan müs­tə­qil­lik qa­za­nan­dan son­ra yı­ğı­lıb qa­lıb, in­di özü­nü bü­ru­zə ve­rir. Be­lə ste­reo­ti­pi da­ğıt­ma­ğa il­lər­lə vaxt la­zım­dır”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi saat 21:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb. Nazirliyin …

Bir cavab yazın