Bazar , Avqust 18 2019
Ana səhifə / Cəmiyyət / Eldar Mahmudovu İstanbulda məşhur restoranla nə bağlayır?

Eldar Mahmudovu İstanbulda məşhur restoranla nə bağlayır?

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun biznes şəbəkəsi barədə yeni xəbərlər yayılmaqdadır.

Sabiq nazirin biznes imkanlarının ölkə hüdudlarını aşdığı sirr deyil. Mahmudov vəzifədə olduğu dövrdə əldə etdiyi milyardlardan müxtəlif ölkələrdə öz ticari əlaqələrini genişləndirib.

Tərəfdar.Az-a daxil olan məlumatda iddia olunur ki, sabiq MTN şefinin əli Türkiyəyə qədər uzanıbmış.

Gələn məlumatlarda qeyd olunur ki, E.Mahmudovun İstanbuldakı məşhur restoranla əlaqəsi var imiş. Ehtimala görə, İstanbul-Böyük Adada yerləşən “BY ŞÜKRÜ” adlı tanınmış restoranının MTN rəhbəri ilə münasibətləri olub.

Deyilənlərə görə, sözügedən restoran E.Mahmudovun olub. Ancaq restoran eks-nazirə yaxın bir şəxsin adına rəsmiləşdirilib. Ona görə də keçmiş nazir vəzifəsindən kənarlaşdırılarkən xaricdəki biznesini müəyyən qədər qoruya bilib.

Eldar Mahmudovu İstanbulda məşhur restoranla nə bağlayır? -
Eldar Mahmudovu İstanbulda məşhur restoranla nə bağlayır? -

E.Mahmudova aid olan İnşaatçılar və Nəriman Nərimanov prospektlərindəki iri şərab evləri fəaliyyətə başlayıb. Qeyd edək ki, Eldar Mahmudov 2015-ci il oktyabrın 17-də vəzifəsindən azad edilib.

Bundan sonra Milli Təhlükəsizlik Nazirliyində (MTN) çalışan yüksək rütbəli şəxslərin dəhşətli cinayətlərinin üstü açılıb.Başlanan prosesdə Eldar Mahmudovun həbsi gözlənilsə də, hələlik bu, baş verməyib.

E.Mahmudovun biznes şəbəkəsinə gəldikdə bu sırada “Azər Qaz Bank”, “Crystal Plaza” Holdinq, “Crystal Motors”, “TOS OİL”, “Anar OİL”, “Jaguar Motors”, “Range Rover Motors”, “Maseratti Motors”, “İndigo” MMC, Bakı şəhərində 6 dənə tikinti şirkəti, “Turac” və “Xankəndi” restoranları, ölkəyə daxil olan brilliant və qızıl məmulatlarının, eləcə də mobil telefonların monopoliyası, spirtli içki mağazaları, brend saat butikləri göstərilir.

Qeyd edək ki, sabiq nazirin biznesləri sırasında “Auto Azerbaijan” MMC, Texnika Bank, “Karvan” Turzim Şirkəti və daha bir neçəsinin adı da mətbuatda hallanıb.

Həmçinin oxuyun

“İkinci arvad kişinin ömrünü uzadır”

Evli qazaxların özlərinə sevgili tapmaları yaxşıdır. Bunu qazax etnoqraf “Altın Alka” çoxuşaqlı analar cəmiyyətinin idarə …

Bir cavab yazın