Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Cəmiyyət / “DYP-nin YPX alayının komandiri Rəşadət Babayev özünü “şəhərin ağası” hesab edir”

“DYP-nin YPX alayının komandiri Rəşadət Babayev özünü “şəhərin ağası” hesab edir”

Elməddin Muradlı: “Deyirlər, Rəşadət Babayev deyib, maşını buraxa bilmərik”

Vaxtaşırı olaraq mətbuatda və sosial şəbəkələrdə Dövlət Yol Polisi (DYP) əməkdaşlarının qanunsuz fəaliyyəti ilə bağlı yazılara, foto və video faktlara rast gəlirik.

Məsələ dəfələrlə ictimailəşsə də, nəinki bu cür hallar aradan qalxmır, əksinə, hər gün daha bir DYP əməkdaşının özbaşınalığı ilə bağlı məlumat alırıq.

Növbəti belə məlumat Avtosfer.az saytında dərc olunub. Yazıda DYP əməkdaşının avtobus dayanacağında xidməti maşını saxlayıb, paltar almaq üçün dükana getdiyinə dair informasiya və fotolar yayımlanıb.

Bəs görəsən DYP əməkdaşlarını qanunu pozmağa vadar edən səbəblər nədir və onlar bu yolla nəyə nail olmaq istəyirlər?

Azinforum.az-ın məlumatına görə,  Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı açıqlamasında bildirib ki, DYP sahəsində ciddi özbaşınalıqlar hökm sürür:

“Elə götürək, bizim yaydığımız son yazını. Bu cür informasiyaların yayılması həm yaxşıdır, həm pis. Yaxşıdır ona görə ki, yol polisləri öz üzərində ictimai qınaq hiss edib, məsuliyyətli olurlar. Pisdir ona görə ki, bu cür yazılar ümumilikdə DYP sisteminə qarşı bir etimadsızlıq yaradır. Prezident İlham Əliyev özü də dəfələrlə bəyan edib ki, ictimai nəzarət güclənməli və məmurlar bundan nəticə çıxarmalıdır. Çox təəssüf ki, bu gün qanunları pozan yol polislərinin sayı çoxalır. Maşını hara gəldi sürürlər, necə gəldi saxlayırlar, qırmızı işıqda keçirlər. Məsələn dünən bir video yayımlandı. Motosikl sürücüsünü DYP-nin YPX alayının komandiri, polkovnik Rəşadət Babayev saxlatdırdı, səs qurğunun yoxlanılması üçün inspektora göstəriş verdi. İnspektorun onu yoxlamaq üçün avadanlığı yox idi. Amma boş-boş o qədər danışdı ki, sürücü onu haqsız çıxardı. İnspektor bilirdi ki, o, haqsızdır. Sadəcə Rəşadət Babayev göstəriş vermişdi deyə, boş-boş danışmağa məcbur idi. Həmin o Rəşadət Babayevdən Bakıda çox sürücü narazıdır. Bu adam özünü “şəhərin ağası” hesab edir. Yolda hansı sürücü bunun maşınını ötsə, dərhal saxlatdırmaq əmrini verir. Heç bir sual-cavab olmadan maşını cərimə meydançasına aparırlar. Sürücü gedir, cəriməsi varsa ödəyir, lakin maşını buraxmırlar. Arqumentləri də bu olur ki, Rəşadət müəllimin icazəsi olmadan maşını buraxa bilmərik. İnsanları bu qədər incitmək olmaz. Yol Polisi ilə birgə çoxlu layihələr həyata keçirdik. Çalışdıq ki, onları irəli aparaq, bir ay fasilə yaranan kimi, yenidən aləm dəydi bir-birinə”.

Həmçinin oxuyun

“İnək, qoyun kimi cütləşib artıb-törəməklə iş bitmir” – Seymur Baycan

Yazıçı Seymur Baycanın “Bazarda kənd toyuğu axtararkən başıma girən mövzu” yazısını təqdim edirik. Yiyəsiz qoyunu …

Bir cavab yazın