Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / DTX TƏKZIB EDIR: “Bizim Xidmət Avis apteklərində xüsusi əməliyyat keçirməyib”

DTX TƏKZIB EDIR: “Bizim Xidmət Avis apteklərində xüsusi əməliyyat keçirməyib”

“Bizim Xidmət Avis apteklər şəbəkəsində xüsusi əməliyyat keçirməyib. Bu barədə yayılan məlumat həqiqəti əks etdirmir”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Avis apteklər şəbəkəsində xüsusi əməliyyat keçirməsi və həbs olunanların olduğu barədə bəzi KİV-lərdə yayılmış məlumatla bağlı virtualaz.org-un sorğusuna cavab olaraq Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Qeyd edək ki, musavat.com Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Avis apteklər şəbəkəsində xüsusi əməliyyatın keçirildiyi, həbslərin aparıldığı və hətta Avis-in baş direktorunun Azərbaycandan qaçdığı barədə məlumat yayıb.

Onu da qeyd edək ki, Avis Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Ötən 8 il ərzində şirkət Bakıda 9 aptek açıb.

Virtualaz.org

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın