Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Deputat ailəsi ilə xaricə getdi, rektor fürsətdən yararlandı – Yeni qalmaqal

Deputat ailəsi ilə xaricə getdi, rektor fürsətdən yararlandı – Yeni qalmaqal

Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, Milli Məclisin komitə sədri və YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev daha bir zərbəyə məruz qalıb.
Bu barədə Strateq.az-a İqtisad Universitetindən məlumat daxil olub.
Bildirildiyinə görə, rektor Ədalət Muradov bu dəfə sələfi Şəmsəddin Hacıyevin rəhbərlik etdiyi Beynəlxalq İqtisadi Münasiibətlər kafedrası ilə bağlı planını həyata keçirib:
“Rektor Ədalət Muradov universitetin Elmi Şurasına Şəmsəddin Hacıyevin rəhbərlik etdiyi kafedranın iki hissəyə ayrılması məqsədiylə layihə göndərib. Elmi Şuranın son iclasında isə bu plan yekdilliklə təsdiqlənib. Bununla da Şəmsəddin Hacıyevin rəhbərlik etdiyi kafedranın bazasında iki yeni kafedra yaradılıb. Bu isə keçmiş rektorun universitetdəki fəaliyyət və təsir sahəsinin məhdudlaşdırılması deməkdir”.
Məlumatda o da qeyd olunur ki, yeni rektor bundan əvvəl də Ş.Hacıyevə qarşı belə addımlar atıb:
Ədalət MURADOV
“Ədalət Muradov sələfinin rəhbərlik etdiyi kafedranı universitetin əsas binasından da çıxararaq, mərkəzdən kənardakı korpusa göndərdi. Üstəlik, onun ən yaxın adamlarını, hətta qardaşının qudası Müzəffər Məmmədova qədər hamısını vəzifələrindən çıxardı. Düzdür, Şəmsəddiin Hacıyev də boş dayanmadı. O da xələfi Ədalət Muradova müqavimət göstərmək üçün nazir Mikayıl Cabbarova müraciət etdi. Ancaq nazir Mikayıl Cabbarov ona yalnız bir kiçik məsələdə kömək edə bildi. Belə ki, Şəmsəddin Hacıyevə “Baksovet”dəki əsas binadan otaq ayrılması məqsədiylə rektora yazılı tapşırıq verildi. Söz yox ki, rektor bunu da Elmi Şuranın müzakirəsinə çıxarmaqla, Şəmsəddin Hacıyevi utanc vəziyyətinə qoydu”. 
Məsələ ilə bağlı Ş.Hacıyevlə danışa bilmədik. Yaxınlarından aldığımız məlumata görə, deputat ölkədə deyil: “O, ailəsi ilə xaricə istirahətə gedib”.
Şəmsəddin HACIYEV
Universitetiin rektoru ilə də danışa bilmədik. Hər iki tərəfi dinləməyə hazırıq.

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın