Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / DAK TƏMSİLÇİLSİ SAMİR ADIGÖZƏLLİ: “Belə qeyri-sağlam təşəbbüslərin heç bir faydası olmayacaq”

DAK TƏMSİLÇİLSİ SAMİR ADIGÖZƏLLİ: “Belə qeyri-sağlam təşəbbüslərin heç bir faydası olmayacaq”

Bir qrup şəxsin Belçikada Dünya Azərbaycanlıları Konqresi (DAK) adından qurultay keçirmək istəməsi birmənalı qarşılanmayıb.  DAK Mərkəzi İcra Aparatının rəhbəri Samir Adıgözəlli Azinforum.az-a açıqlamasında bildirdi ki, böyük bir missiyanı üzərinə götürən təşkilata qarşı bəzi xarici qüvvələrin dəstəyi ilə bənzər təxribatlar tez-tez törədilib:

“Siz bilirsiniz ki, DAK var və tam gücü ilə fəaliyyət göstərir. DAK-ın sonuncu- XIII qrultayı 2015-ci ilin aprel ayında İstanbulda keçirilmiş və Türkiyə və Azərbaycan mətbuatında geniş işıqlandırılıb.  Həmin vaxt biz DAK-dan ayrılmış bütün köhnə dostlarımıza müraciət edərək onları qurultaya çağırmışdıq. Onlardan bəziləri gəldi və təşkilatımız daha da gücləndi. Dəvətimizi qəbul edib gəlməyənlər aradan 10 ay keçəndən sonra bizə müraciət edib DAK adına yeni qurultaya dəvət edirlərsə, buna normal  yanaşmaq olmaz. Təəssüf edirik ki, qondarma qurultayı keçirmək kimi təşəbbüsə rəhbərlik edənlərin arasında çox mənfi reputasiyaya malik olanlar var. Bəyən etmək istəyirəm ki, son qurultayda DAK -ın bütün legetim strukturları formalaşıb və nizamnamə əsasında ffəaliyyət göstərir. Belçikada edilən təçəbbüsü isə, bir ovuc insanın   DAK adından  suni manipilyasiyası kimi  dəyərləndiririk. Bir daha bəyan edirik ki, belə qeyri-sağlam təşəbbüslərin heç bir faydası olmayacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın