Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Beynəlxalq Bankın yeni direktoru keçmiş müsavatçıdır

Beynəlxalq Bankın yeni direktoru keçmiş müsavatçıdır

Xalid Əhədov  də Müsavat Partiyasının üzvü olub. Müsavat Partiyası Nəsimi rayon təşkilatının və partiyanın Gənclər Təşkilatının tədbirlərində fəal iştirak edib

Dünən dekabrın 8-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib.

Bankdan verilən məlumata görə, toplantıda Bankın İdarə Heyəti rəhbərliyində dəyişiklik aparılıb. Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub.

Yayılan məlumatda bildirilir ki, X.Əhədov bank sahəsində 1999-cu ildən çalışır. O, “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub. Son təyinata qədər “Azər-TürkBank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini icra edib.

Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nürəddin Əhədovun oğludur.

PİA.AZ-ın əldə etdiyi məlumata görə Nürəddin Əhədov hazırda 5 saylı Klinika Xəsatəxanada kardioloq kimi çalışır və 1990-95-ci illərdə Azərbaycan Parlamentinin üzvü olub. 1993-cü ildən Müsavat Partiyasının üzvü olan Nürəddin Əhədov 1995-2005-ci illərdə Müsavat Divanının üzvü və bir müddət partiyanın Nəsimi rayon təşkilatının sədri olub. İsa Qəmbərin ən sadiq tərəfdarlarından olan Nürəddin Əhədov hazırda da Müsavat Partiyasında təmsil olunur.

Mətbuatda yayılan məlumatda deyilir ki, Xalid Əhədov də Müsavat Partiyasının üzvü olub. Müsavat Partiyası Nəsimi rayon təşkilatının və partiyanın Gənclər Təşkilatının tədbirlərində fəal iştirak edib.

O zamanlar “Bank of Baku”da çalışan Xalid Əhədov 2003-cü ildən etibarən Müsavat Partiyasında aktiv fəaliyyətini dayandırıb.

Hazırda partiya üzvlərinin siyahısında onun adının hələ də qaldığı iddia olunur.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …

Bir cavab yazın