Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəmiyyət / Bakıdakı VİP hoteldə bank müdirinin öldürülməsinin təfərrüatı

Bakıdakı VİP hoteldə bank müdirinin öldürülməsinin təfərrüatı

“Zaminbank”ın Nəsimi rayon filialının müdiri Azər Məmmədovu bıçaqlayan qaçıb; yaralanan Ruslan Əfəndiyevlə bağlı xüsusi açıqlama yayıldı…

Aprel 21-i axşam saat 21.00 radələrində Nəsimi rayonunda yerləşən “Avropa” hotelində  qətl törədilib. Məlumata görə, “Zaminbank”ın Nəsimi rayon filialının müdiri olan Azər Məmmədov hotelin idman zalında  bıçaqlanaraq öldürülüb. Bildirilir ki, bir nəfərlə hotelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin mübahisəsi yaranıb. Həmin şəxslə məşqçi arasında dava düşüb.  Araya girən Azər Məmmədov ürək nahiyəsindən bıçaqlanıb və elə hadisə yerindəcə keçinib. Ruslan Əfəndiyev isə döş qəfəsinin ön səthinin sol tərəfindən iki bıçaq xəsarəti alıb. O da ağır vəziyyətdə  xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib. Polis hadisəni törədən şəxsin  tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Öldürülən Azər Məmmədova gəlincə, 1985-ci il təvəllüdlü mərhum  Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
Azər Məmmədov
1971-ci il təvəllüdlü R.Əfəndiyevlə bağlı isə  Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov açıqlama verib. A. Əsgərov apasport.az saytına açıqlamasında adı Azərbaycan millisinin baş məşqçisi kimi hallanan mütəxəssisin federasiya ilə rəsmi bağlılığının olmadığını bildirib.
Onun sözlərinə görə, R.Əfəndiyev 2014-cü ilin yanvar-fevral aylarında Pankration, Qrapplinq və MMA Federasiyasında baş məşqçi kimi çalışıb. Lakin sonradan onunla müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.
Ruslan Əfəndiyev
A. Əsgərov bildirib ki, hazırda federasiyada 3 baş məşqçi var və Gənclər və İdman Nazirliyi də bu çalışdırıcıları təsdiqləyib: “Federasiyamızda üç – yeniyetmələr, gənclər və böyüklər üzrə milli komandalar var. Bunlara isə ayrı-ayrılıqda Dülgər Əsgərov, Faiq Rzayev və Vilayət Quliyev rəhbərlik edirlər. Əfəndiyevi bir məşqçi, bir yoldaş kimi tanıyıram. Lakin onun bizə hansısa rəsmi sənədlə belə bağlılığı yoxdur. Sadəcə, dekabrdan ona və yetirmələrinə bayrağımız altında keçirilən yarışlara qatılmaq üçün icazə vermişik”.
Federasiya prezidenti R. Əfəndiyev kimi yüzlərlə mütəxəssisin fərdi qaydada hazırlıq qrupu toplamasının adi hal olduğunu qeyd edib: “Onu müəllim kimi də tanıyırıq. Lakin yüzlərlə məşqçi fərdi məşqlər keçir. Komandamızın baş məşqçisi olsaydı, ”Avropa” hotelində niyə məşq keçirdi?”
1997-ci ildən fəaliyyət göstərən ilk 5 ulduzlu “Grand Hotel Europe” – Bakı şəhərinin ilk vip hotellərindən hesab olunur. Hoteldə  müasir və böyük “Olympus” spa salon və fitnes mərkəzi var. (musavat.com)

Həmçinin oxuyun

“Topçu” arağına görə cəmiyyət etiraz etdi, əsgərin atası razılığını geri çəkdi…

İki gündür ki, sosial şəbəkələrdə və mətbuatda Vətən savaşının qəhrəmanlıq simvollarından biri, cəsur topçumuz Vüsal …

Bir cavab yazın