Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Bakıda “Uzun yollar” sənədli filmi təqdim olundu – FOTOLAR

Bakıda “Uzun yollar” sənədli filmi təqdim olundu – FOTOLAR

 

Bakıda Park Cinemada Humanitar Tədqiqatlar İctimai Birliyinin hazırladığı məcburi köçkünlər haqqında “Uzun yollar” sənədli filminin təqdimat mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənovun ssenari müəllifi olduğu “Uzun yollar” sənədli film tanınmış telejurnalist Eldəniz Elgünün rejissorluğu ilə ərsəyə gəlib.

40 dəqiqəlik filimin baş tutan təqdimat mərasimində layihə iştirakçıları, QHT sədrləri, Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbərləri və ictimai xadimlər iştirak ediblər.

Filmdə əsasən Şuşa, Kəlbəcər, Laçın və Ağdam rayonlarından olan məcburi köçkün düşmüş insanların həyat yolundan, şahidlərin təqdimatlarında həmin rayonların işğalı ilə bağlı tarixi faktlardan danışılır. 40 dəqiqəlik sənədli film işğal olunmuş rayonların şahidlərin xatirələrində əks olunmasından, münaqişənin onların həyatına vurduğu zərərlərdən bəhs edir.

Qeyd edək ki, film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanıb.

Təqdimat mərasimdən fotoları təqdim edirik.

 


 

 

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …

Bir cavab yazın