Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Aztelekom”un sabiq baş direktoru “kars”a salınıb

“Aztelekom”un sabiq baş direktoru “kars”a salınıb

“Aztelekom” MMC-nin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədov “kars”a salınıb.
Bu barədə “Report”a onun vəkili Şahin Rəfiyev bildirib.

Vəkil bildirib ki, Bakı İstintaq Təcridxanasda saxlanılan sabiq rəisin “kars”a salınmasının səbəbi açıqlanmayıb: “Biz Məhəmməd Məmmədovun nə səbəbə görə “kars”a salınmasından xəbərsizik. Təcridxana rəhbərliyi də bu haqda bizə məlumat vermir”.
Ş.Rəfiyevin sözlərinə görə, hazırda M.Məmmədovun ibtidai istintaqı yekunlaşıb. Vəkil cinayət işinin matrealı ilə tanış olduqlarını deyib.
Qeyd edək ki, ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində nazirliyin “Aztelekom” MMC-nin baş direktoru M.Məmmədov saxlanılıb. Daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın