Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət /  “Azəristiliktəchizat” Bakı şəhəri Yeni Yasamal 1, bina 6-nın sakinlərinə zülm edir – ŞİKAYƏT

 “Azəristiliktəchizat” Bakı şəhəri Yeni Yasamal 1, bina 6-nın sakinlərinə zülm edir – ŞİKAYƏT

Azərbaycanda qış havası vaxtından əvvəl hiss olunsa da, bu mövsumə keçidin  dəqiq tarixi var. Əgər noyabrın ilk günləri havalar çox soyuq keçsə də, buna dözməlisiniz. Soyuqdan “qırılsanız” da, mütləq noyabrın 15-ni gözləmək məcburiyyətindəsiniz.

Çünki Nazirlər Kabineti məhz  həmin gün “Azəristiliktəchizat” ASC-yə istiliyi təmin etməklə bağlı əmr verir. Ancaq bu il biz şahidi olduq ki, Bakı sakinlərinə istilik qanunla nəzərdə tutulduğu vaxtdan da 20 gün sonra verildi. Səbəb isə gülməliydi – iki  dövlət quqrumu arasında yaranan borcun acığı sadə əhalidən çıxılırdı.

Paytaxtın nəzərdə tutulmuş ərazilərini isti qazanxanalarla təmin etməyə borcu olan “Azəristiliktəchizat” ASC  qışa hazır olduğunu yaydan açıqlasa da, reallıq isə bunun əksini göstərir. “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev mətbuata açıqlamasında noyabr ayının 15-dən etibarən paytaxtda bütün qazanxanaların işə salınacağını desə də, real vəziyyət onun yalan danışdığını üzə çıxarmış olur.

Bakı şəhəri Yeni Yasamal 1, bina 6-nın (29-cu bölməyə yaxın “Bizim Market”in ətrafı- red)  bir qrup sakini adından Azinforum.az-a ünvanlanan şikayətdə bildirilir ki, dekabr ayının 29-dan onların evində istilik yoxdur. Sakinlər yazır:

“İstilik idarəsinin iş metodunu təşkil edənə ən azından medal verilməlidir. İstilik pulunu yığmaq üçün qapılara elə bir insanı göndərirlər ki, adamın yazığı gəlir. İstilik pulunun hamısını birdəfəlik verirsən ki, bir daha əziyyət çəkməsin. İdarədə isə, bir kompüter qoyublar. 956 ya zəng edəndə siqnal səsindən sonra şikayətimizi şifahi deməyi tövsiyyə edirlər və gün ərzində əlaqə yaradılacaqlarını  bildirirlər. Ancaq hansı gün? Dekabr ayının 29-dan evdə istilik yoxdur. Həm də bütün  blok eyni vəziyyətdədir. Artıq ayın 6 -sıdır. Yəqin iş günün sonu dedikdə istilik idarəsi qış mövsümünün sonunu nəzərdə tutur…”

İş günün sonu olduğundan,  şikayətlə bağlı “Azəristiliktəchizat” ASC-nin münasibətini öyrənə bilmədik. Mövzuya qayıdacayıq…

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın