Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / «Azərcell» insanları aldadır

«Azərcell» insanları aldadır

Eyyub Hüseynov: “Minlərlə insanı sms xəstəliyinə tutdurub pul qazanırlar

Azinforum.az məlumat verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Fins.az-a müsahibəsində “Azərcell” istifadəçilərinin aldadıldıgını bildirib. “Mobil operatorlarla bağlı da şikayətlər olur.

Məsələn, 2 nəfər “Azərcell”in pulsuz payladığı nömrələrdən şikayət etmişdi. Şirkətin nümayəndəsi aptekdə mobil nömrələri pulsuz paylamışdı. Bir müddət keçəndən sonra vətəndaşların istifadə etmədiyi işləməyən nömrələrə borc yazıldığı haqqında məlumat daxil olmuşdu. Sabirabad rayonundan Sənubər Həsənova 8228-ə sms göndərməklə 450 manat pul xərclədiyini bildirmişdi. Mobil operatora müraciət etdikdən sonra ona yalnız Bakıdan məişət malı alarkən cəmi 10 manat endirim edilib. Ümumiyyətlə, minlərlə insanı sms xəstəliyinə tutdurub pul qazanırlar”-deyə fikirlərini bölüşüb.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın