Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda ilk: 23 yaşlı xəstənin sol ağciyəri çıxarıldı

Azərbaycanda ilk: 23 yaşlı xəstənin sol ağciyəri çıxarıldı

Ötən il Azərbaycanda 250 616 nəfər üzərində cərrahiyyə əməliyyatı keçirilib. Əməliyyatlar zamanı 419 xəstə ölüb.

Virtualaz.org saytı xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov bu gün keçirilən tədbirdə söyləyib.

Baş cərrah deyib ki, cərrahiyyə əməliyyatlarında ölüm göstəricisi 0,1 faizdir. Bu isə dünyada qəbul olunmuş standartlara uyğundur, hətta MDB ölkələri arasında ən yaxşı göstəricilərdən biridir. “1990-2000-ci illərdə yalnız Mərkəzi Klinik Xəstəxana və Respublika Müalicəvi Diaqnostika Mərkəzində kompüter tomoqrafiya müayinəsi həyata keçirilirdi. Hazırda isə bütün bölgələrdə müasir avadanlıqlar quraşdırılıb. Son 10 ildə 600-dən çox tibb müəssisəsi tikilib, əsaslı təmir olunub, -H.Bağırov qeyd edib.

Ölkədəki tibb müəssisələrində 3445 cərrahın çalışdığını bildirən baş cərrah əlavə edib ki, hazırda respublikada icrası mümkün olmayan əməliyyat yoxdur.

Bakı Ürək Mərkəzində ölkədə ilk dəfə olaraq xəstənin sol ağciyərinin çıxarılması əməliyyatı icra edilib. Əməliyyatı mərkəzin döş qəfəsi cərrahı-uzman Elmar Məmmədov həyata keçirilib. E.Məmmədov bildirib ki, əməliyyat 23 yaşlı qızın üzərində aparılıb. “Xəstə Mərkəzə gətirilərkən ağır vəziyyətdə idi. Biz onun sol ağciyərini cərrahi əməliyyat yolu ilə çıxarmaq məcburiyyətində qaldıq. Əməliyyat olduqca təhlükəli idi, çünki ürəyə gedən damarlar zədələnə bilərdi. Hansısa damarın zədələnməsi xəstənin ölümünə səbəb ola bilərdi və açıq əməliyyat etməyə vaxt qalmırdı. Həkimlərin səyi nəticəsində 2,5 saat yarım ərzində davam edən əməliyyat uğurla nəticələndi. Əməliyyatdan 15 gündən sonra xəstə işə çıxa bildi”,-E.Məmmədov deyib.

Sonra həkim İlqar İsmayılov və Elmar Məmmədovun birgə əməliyyatlarının görüntüləri nümayiş etdirilib.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın