Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Aslan İsmayılov Adil Vəliyevi ifşa edən daha bir sənəd ortaya qoydu – FOTO

Aslan İsmayılov Adil Vəliyevi ifşa edən daha bir sənəd ortaya qoydu – FOTO

Moderator.az-ın məlumatına görə tanınmış hüquqşünas Aslan İsmayılov Sabunçunun icra başçısı Adil Vəliyevin kefinə soğan doğrayacaq daha bir sənəd yayıb:

“Keçən yazılarımda qeyd etmişdim ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsənin Mədəniyyət küçəsində çoxlu sayda sakinlərin, uşaqların istirahət etdiyi park olub. Parkı “Heydər Əliyev fondunun təşəbbüsü ilə bərpa işləri” adı altında hasarladan, Sabunçu Rayonu İH Başçısı Adil Vəliyev açılışı şəxsən özü edir və sakinlərin səbirsizliklə gözlədikləri, böyük bir ərazidə olan yeganə istirahət məkanı A.Vəliyevin növbəti obyektinə, “Şəhrizad” uşaq bağçasına çevrilir. Parkın ərazisində yaradılan bağçada bir uşaqın həftənin beş günü üçün aylıq ödəmə haqqı 350 AZN-dir (bu faktı bağçadan bildiriblər).

Dünən əldə etdiyim sənəddən görünür ki, İH Başçısının birinci müavini Güloğlan Məmmədov vətəndaşa cavab olaraq bildirir ki, sözügedən Bağça Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış layihə əsasında, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş rəy və digər təşkilatlarla razılaşdırılmaqla inşa olunaraq uşaq bağçası kimi fəaliyyət göstərir. Əlavə olaraq bildirir ki, SİZ QEYD OLUNAN ƏRAZİDƏN HAZIRDA İSTİRAHƏT MƏQSƏDİ İLƏ İSTİFADƏ EDƏ BİLƏRSİZ.

Həmin ərazidə yaşayan bütün Vətəndaşlardan xahiş edirəm ki, rəsmi sənədə əsaslanaraq həmin parkdan istirahət məqsədi ilə istifadə etsinlər. Buna maneə yarandıqda baş verənləri qeydə alaraq (foto, video) ictimailəşdirsinlər (mənə yaxud istənilən kütləvi informasiya vasitələrinə yollasınlar).

İcra Hakimiyyəti rəsmilərindən isə xahiş edirəm ki, Bağçanın tikintisi ilə bağlı mövcud olan bütün sənədləri açıqlasınlar. Həqiqətənmi, Heydər Əliyev Fondu insanların istirahət yeri olan parkın zəbt olunaraq özəl bağçaya çevrilməsində təşəbbüskar olubdur?

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın