Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Avronest” rəhbərinin Milli Məclisə cavab reaksiyası ciddi tənqidə tuş gəldi

“Avronest” rəhbərinin Milli Məclisə cavab reaksiyası ciddi tənqidə tuş gəldi

İsmayıl Ağayev: “Biz də təəssüf edirik ki, Avropa Parlamenti bizə qarşı belə sayğısızlıq etdi”

“Bütün yaşananların kökündə məhz həmin məqam durur”

Azərbaycanın Avropa Parlamentinə qarşı sərt mövqe tutması kifayət qədər narahatlığa səbəb olub. Təbiidir ki, bunun səbəbkarı Avropa qurumu olub. Artıq “Avronest” rəhbərliyi Azərbaycan Milli Məclisinin “Avronest” Parlament Assambleyasından çıxmaq barədə qərarından təəssüfləndiyini bildirib. Bu barədə “Avronest”in həmsədrləri Heidi Hautala və Viktor Dolidzenin birgə bəyanatında deyilir.
Onlar bildiriblər ki, “Avronest” PA artıq məsələdən məlumatlıdır: “Azərbaycan Milli Məclisi rəsmi şəkildə “Avronest” həmsədrlərini məlumatlandırdıqdan sonra qurumun normal şəkildə fəaliyyətini davam etdirməsi üçün lazımi addımlar atmaq məqsədilə vəziyyəti dərhal dəyərləndirəcəyik. “Avronest” PA “Şərq tərəfdaşlığı” proqramı üçün çoxtərəfli parlament qurumu olaraq qalır. O, Avropanın Şərq qonşularının Avropa İttifaqına siyasi və iqtisadi cəhətdən inteqrasiyasını sürətləndirmək məqsədilə açıq və inteqrasiya ruhunda fəaliyyət göstərməyə davam edəcək. “Avronest” PA-da iştirak etmək meyarlara cavab verən bütün əlaqədar “Şərq tərəfdaşı” ölkələrinin suveren və könüllü qərarıdır. Bu baxımdan biz Milli Məclisin qərarına hörmətlə yanaşırıq. Hesab edirik ki, bu qərar təəssüfləndiricidir və Milli Məclisi region üçün vacib olan birgə parlament iclaslarında fikirlərini söyləməkdən məhrum edəcək. Bu qurumdan çıxmaq haqqında qərar xəbərdarlıq etdikdən bir il sonra qüvvəyə minir. Bu müddətdə biz Milli Məclislə vəziyyəti müzakirə etməyə hazır olduğumuzu bildiririk”.
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, “Avronest” rəhbərliyinin bu reaksiyasına təəssüf edir:

“Yaxşı olardı ki, Avronest PA vəziyyətin bu yerə gəlib çıxmasına imkan verməyəydi. Azərbaycan Avropa strukturlarına qarşı hər zaman öz dərin hörmətini ifadə edib. Əvəzində isə daim xəyanət və ikili yanaşma görüb. Milli Məclis tamamilə doğru bir qərar qəbul edib. Biz “Şərq Tərəfdaşlığı” proqramında daima fəal olmuşuq. Hətta “Avronest” PA-nın ilk sessiyasını da Azərbaycanda keçirdik. Onların münasibətində bir məqam var ki, qərarı təəssüfləndirici adlandırırlar. Biz də təəssüf edirik ki, Avropa Parlamenti bizə qarşı belə sayğısızlıq etdi. Bütün yaşananların kökündə məhz həmin məqam durur. Qeyd edim ki, ilk etiraz aksiyasını da Avropa İttifaqının qarşısında bizim təşkilat keçirdi. Bundan sonra da ölkəmizə qarşı edilən hörmətsizliyə layiqli cavab verəcəyik”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın