Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / “Aksiyaları təhlil edib prezidentə məruzə etdik…” – Mədət Quliyev

“Aksiyaları təhlil edib prezidentə məruzə etdik…” – Mədət Quliyev

“Bəzi rayonlarda baş verən etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi”.

Azinforum.az  “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib:

“Sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər. Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik”.

O qeyd edib ki, bütün dünyada, o cümlədən, neft ölkələrində böhran baş verib:

“Amma Azərbaycanda bu vəziyyətin aradan qaldırılması üçün analoqu olmayan addımlar atılır. Baxın, ölkədə unun qiyməti aşağı salındı, digər ərzaqların da qiymətləri nəzarətdə saxlanılır. Milli valyutamızın dəyərini qoruyub-saxlamağa çalışırıq. Hər şey Prezident İlham Əliyevin nəzarətindədir”.

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın