Şənbə , İyul 20 2019
Ana səhifə / Cəmiyyət / Akif Musayev dilemma qarşısında – Universitet, yoxsa Vergilər Nazirliyi?

Akif Musayev dilemma qarşısında – Universitet, yoxsa Vergilər Nazirliyi?

Artıq yeni dərs ilinin başlanmasına az müddət qalır. Ali məktəbdə oxumaq istəyən vətəndaşlarımızın qəbul imtahanlarında seçdikləri universitetlər sırasında adı mediada heç də yaxşı istiqamətdə hallanmayan təhsil ocaqları da az deyil. Barəsində kifayət qədər neqativ məlumatlar yayılan universitetlərdən biri də, Azərbaycan Universitetidir. Maraqlıdır ki, özəl ali təhsil ocağı olan sözügedən universitet barəsində qeyd edilən neqativlikləri aradan qaldırmadığı və mediada dolaşan məlumatları təkzib etmədiyi halda yenidən ali təhsil verməyə iddialılar sırasında görünür. Bəli, bu Universitetin barədə elə məlumatlar var ki, onların mövcud olduğu təhsil ocağında hansı səviyyədə elmin verildiyi barədə aydın təsəvvür yaranmış olur. Buna baxmayaraq Universitetin adı Təhsil Nazirliyinin ayırdığı kvota əsasında qəbula salınıb. Deyilən təhsil ocağı ilə bağlı məlumatlarda isə ilk önə çəkilən məqam Azərbaycan Universitetinin artıq iki ilə yaxındır ki, lisenziyasız və akreditasiyasız fəaliyyət göstərməsidir. KİV-lərdə gedən məlumatlardan məlum olur ki, universitet iki ildir ki lisenziyasız fəaliyyət göstərir. Bu müddət ərzində universitetdə yaradılmış özünü qiymətləndirmə komissiyasının səyləri də heç bir nəticə verməmişdir. Sual olunur: iki ilə yaxın dövrdə lisenziyasız və akkreditasiyasız necə fəaliyyət göstərmək olar və Təhsil Nazirliyi bu universitetə nə üçün lisenziya vermir?
Daxil olan məlumatlarda önə çəkilən ikinci məqam, lisenziyasız və akreditasiyasız qalmanın əbəbi fəaliyyəti artıq dayandırılmış Asiya Universitetindən olan tələbə köçürmələri ilə əlaqədardır.
Lisenziyasız fəaliyyət istəyib-istəməməkdən asılı olmayaraq, qanunsuz və özbaşına fəaliyyət sayılır. Hadisələrin gedişi də göstərir ki, Təhsil Nazirliyi bu universitetə heç bir güzəşt etmək fikrində deyil. Belə halda özü qanunsuz fəaliyyət göstərən universitet necə qanuni köçürmələr edə bilər? Qanunsuz fəaliyyət göstərən universitetin özünün tələbələrinin və qanunsuz köçürülmüş tələbələrin sabahkı taleyi necə olacaq?
Üçüncü məqam universitetin təsisçiləri ilə bağlıdır. Bildirilir ki, universitetin iki təsisçisi var. “Synergy Group” və akademik Akif Musayev. Əgər birincinin payı 90%-dirsə, ikincinin payı 10%-dir.
Bu məqamda maraq və sual doğuran məsələlər aşağıdakılardır:
Akademik Akif Musayev vergilər nazirinin müşaviri işləyə-işləyə necə universitet təsisçisi ola bilər? (Əvvəllər akademik Akif Musayev bu universitetin rektoru da olub-red). Digər tərəfdən, vergilər nazirinin müşaviri və universitet təsisçisi olan akademik Akif Musayev Azərbaycan Universiteti MMC-yə lisenziya ala bilmir? Bəlkə Təhsil Nazirliyi akademik Akif Musayevin təsisçi olmasını, o cümlədən başqa ciddi qanun pozuntularını əsas götürərək lisenziya verməkdən imtina edir?
Dördüncü məqam, hazırda Azərbaycan Universitetinin rektoru vəzifəsini daşıyan Fərid Turab oğlu Əhmədovla bağlıdır. Belə ki, onun özü tərəfindən internetdə yayılmış məlumatda göstərilir ki, o, dünyanın ən mötəbər və yüksək reytinqli universtitetlərindən olan Böyük Britaniyanın Oksford (Oxford) Universitetində hüquq üzrə doktorluq dissetasiyası müdafiə edən yeganə azərbaycanlıdır. Lakin nədənsə, daxil olan məlumatda bildirilir ki, Fərid Əhmədovun adı Oksford Universitetinin doktorantura pilləsinə daxil olan tələbələrin arasında olsa da, o, universiteti məzun olaraq bitirə bilməmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının məlumatları arasında da Fərid Əhmədovun xaricdə aldığı hər hansı bir diplomun təsdiq olunması barədə məlumat olmadığı qeyd edilir. Bu nə qədər hqiqətdir? Görəsən, Azərbaycan Universiteti MMC-nin təsisçiləri: “Synergy Group” və akademik Akif Musayev rektor təyin etdikləri Fərid Əhmədovun Oksford diplomunu özləri görüblərmi? Əgər görüblərsə, onda bu diplomun surətini internetdə yerləşdirmək nə çətin bir işdir? Məgər bununla da yerli-yersiz şübhələrə, dedi-qodulara son qoyulmazmı?
Universitetlə bağlı beşinci məqam rektor Fərid Əhmədovun işdən azad etmə, töhmət və sairlə əlaqədar imzaladığı əmrlər, bağladığı müqavilələrlə əlaqədardır. Bu əmr və müqavilələrdən narazılar artıq Əmək Müfəttişliyinə, o cümlədən məhkəməyə üz tutub və ya üz tutmaq ərəfəsindədirlər. Apardığımız araşdırma nəticəsində həmçinin müəyyən etdik ki, Universitetin təsisçilərindən biri olan Akif Musayevi sahibi olduğu universitetin düşdüyü durum o qədər də narahat etmir. O, hazırda şəhərin ən bahalı məhəlləsi sayılan keçmiş “İnqlab”, indiki Həsən Əliyev küçəsində , 6 sotun içində olan villasında rahat həyatını yaşayır. Xatırladaq ki, həmin ərazidə torpağın bir sotu 200-250 min manat arasında dəyişir. Sahibkar və ya dövlət məmuru olduğu dəqiq müəyyənləşməyən (qanunvericilik bu iki fəaliyyətə birgə icazə vermir-red)bir şəxsin belə “sadə” həyat sürməsi doğrudan da, maraqlı görünür. Akif Musayevin davranışlarından sezilən budur ki, Universitet maddi problemlər ucbatından deyil, hansısa çəkişmədən doğan reallıqlar səbəbindən çətinlik çəkir.

 

Akif Musayev dilemma qarşısında- Universitet, yoxsa Vergilər Nazirliyi?

Akif Musayevin yaşadığı villa
Tərəfdar.az

Həmçinin oxuyun

Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan” (VİDEO)

Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuş Anar Məmmədxanlı barəsində sənədli film …

Bir cavab yazın