Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / AKADEMİK VƏTƏNDAŞ – Rizvan Vahabov Cəlal Əliyevdən yazdı

AKADEMİK VƏTƏNDAŞ – Rizvan Vahabov Cəlal Əliyevdən yazdı

Cə­lal mü­əl­li­min fə­a­liy­yə­ti çox­şa­xə­li idi. Aka­de­mik, ic­ti­mai-si­ya­si xa­dim, mil­lət və­ki­li ki­mi san­bal­lı və­zi­fə­lər da­şı­yır­dı.
O, üzə­ri­nə dü­şən hər bir mis­si­ya­nın öh­də­sin­dən və­tən­daş­lıq sə­viy­yə­sin­də gəl­mə­yə ça­lı­şır və bu­na na­il ol­ma­ğı ba­ca­rır­dı. O hər bir işə və­tən­daş­lıq yan­ğı­sı ilə ya­na­şır­dı. Mən de­yər­dim ki, və­tən­daş­lıq duy­ğu­su və mə­su­liy­yə­ti onun hər cür in­tel­lek­tu­al, el­mi, ic­ti­mai-si­ya­si po­ten­si­a­lı­nın föv­qün­də da­ya­nır­dı: nə­in­ki föv­qün­də da­ya­nır, hət­ta onu yön­lən­di­rir, hə­ya­tı­nın is­ti­qa­mə­ti­ni cı­zır­dı.
Ru­si­ya­lı aka­de­mik həm­kar­la­rın­dan bi­ri onu “kompro­mis­siz alim” ki­mi də­yər­lən­dir­miş­dı. Bu qiy­mət­lən­dir­mə­nin də­qiq və ob­yek­tiv ol­ma­sı şək­siz­dir. El­mi mü­la­hi­zə­lə­ri bir kə­na­ra qo­yaq. Və tə­bii ki, bu həm də mə­nim im­kan­la­rım xa­ri­cin­də­dir. Am­ma mən onun el­mə mü­na­si­bət­də prak­tik “kompro­mis­siz­li­yi­nin”, prin­si­pi­al­lı­ğı­nın də­fə­lər­lə şa­hi­di ol­mu­şam. Yax­şı ya­dım­da­dır, 90-cı il­lə­rin or­ta­la­rı idi. Bir ne­çə nə­fər Cə­lal mü­əl­li­min is­ti rəf­ta­rın­dan ya­rar­la­nıb ona özəl insti­tut tə­sis et­mək ba­rə­də mü­ra­ci­ət et­miş­di. Cə­lal mü­əl­lim bu möv­zu­nun mü­za­ki­rə­si­ni be­lə ya­xı­na bu­rax­ma­dı.

Onun hə­min adam­la­ra ver­di­yi sər­rast ca­va­bı ol­du­ğu ki­mi xa­tır­la­yı­ram: “Mən biz­ne­sin əley­hi­nə de­yi­ləm. Gü­nün re­al­lı­ğı be­lə­dir. İn­san­lar la­yi­hə­lər fi­kir­lə­şir, hə­ya­ta ke­çi­rib pul qa­za­nır­lar. An­caq təh­si­lə to­xun­maq ol­maz. Təh­sil mil­lə­tin, döv­lə­tin gə­lə­cə­yi­dir. Nə edir­si­niz edin, mil­lə­tin gə­lə­cə­yi­nə əl uzat­ma­yın. Bu ci­na­yət­dir. Bir də bu ba­rə­də mə­nə mü­ra­ci­ət et­mə­yin”.
Cə­lal mü­əl­lim­lə də­fə­lər­lə yol yol­da­şı ol­mu­şam, onun se­çi­ci­lə­ri ilə gö­rüş­lə­rin­də, seç­ki kam­pa­ni­ya­la­rın­da iş­ti­rak et­mi­şəm. Və bir də­fə də ol­sun, mən onun xır­da, mə­i­şət sə­viy­yə­sin­də mü­za­ki­rə aç­dı­ğı­nı gör­mə­mi­şəm. Mə­i­şət onun üçün so­nun­cu və çox za­man unut­du­ğu bir yer­də da­ya­nır­dı. Tə­sa­dü­fi de­yil ki, o, kom­mu­nist par­ti­ya­sı­nın sı­ra­la­rın­dan is­te­fa haq­qın­da­kı əri­zə­sin­də “ai­lə sə­a­də­ti­ni el­mə qur­ban ver­di­yi­ni” ya­zır və eti­raf edir­di…
Cə­lal mü­əl­li­min gö­zəl ai­lə­si, onu ba­şa dü­şən hə­yat yol­da­şı var­dı və faktdır ki, el­mi fə­a­liy­yə­ti, uğur­lar­la ya­na­şı, onun özü­nə və ai­lə­si­nə çə­tin­lik­lər, məh­ru­miy­yət­lər də ya­şat­mış­dı.
Onun ay­rı-ay­rı şəxslə­rə ver­di­yi qiy­mət də kompro­mis­siz idi. O, ali­min el­min­dən da­ha çox, xa­rak­te­ri­ni önə çə­kir­di: “Ali­min, elm xa­di­mi­nin öz xa­rak­te­ri ol­ma­lı­dır”- de­yir­di hör­mət­li aka­de­mik…
Tez-tez aka­de­mik Hey­dər Hü­sey­nov­dan söz açar­dı. Onun “XIX əsr Azər­bay­can ic­ti­mai-fəl­sə­fi fi­kir ta­ri­xin­dən” əsə­ri­nə gö­rə al­dı­ğı yük­sək döv­lət mü­ka­fa­tı­nı son qə­pi­yi­nə ki­mi uşaq evi­nə kö­çür­mə­yi­ni, nə­dən, han­sı sə­bəb­dən in­ti­har et­di­yi­ni ilk də­fə Cə­lal mü­əl­lim­dən eşit­mi­şəm. Xü­su­si vur­ğu­la­yır­dı ki, Hey­dər Hü­sey­nov əsl zi­ya­lı, hə­qi­qi fi­lo­sof idi: “O, bir­mə­na­lı ola­raq, öz məs­lə­ki uğ­run­da hə­ya­tın­dan ke­çən əqi­də şə­hi­di­dir”.
Bu “əqi­də şə­hi­di” ifa­də­si­ni on­dan ikin­ci də­fə 1990-ci il­də, “Azər­nəşr”in di­rek­to­ru Əj­dər Xan­ba­ba­yev aman­sız­ca­sı­na qət­lə ye­ti­ri­lən­də eşit­dim… Cə­lal mü­əl­lim Əj­dər Xan­ba­ba­ye­vin fə­a­liy­yə­ti­nə yük­sək də­yər ve­rir­di. Tə­sa­düf­mü, bi­zim izah edə bil­mə­di­yi­miz bir sir­mi, de­yə bil­mə­rəm, Əj­dər Xan­ba­ba­ye­vin ça­lış­dı­ğı nəş­riy­yat aka­de­mik Hey­dər Hü­sey­no­vun ya­şa­dı­ğı bi­na ilə üz­bə­üz yer­lə­şir. Hər də­fə yo­lum Ni­za­mi kü­çə­si­nə dü­şən­də hər üçü­nü – Cə­lal mü­əl­li­mi, Hey­dər Hü­sey­no­vu, Əj­dər Xan­ba­ba­ye­vi bö­yük qü­rur his­si ilə anır, Tan­rı­dan on­la­ra rəh­mət di­lə­yi­rəm.
Mən Cə­lal Əli­ye­vin dü­şün­cə­si­nin miq­ya­sı­na və ge­niş­li­yi­nə hey­ran qal­mış­dım. Vax­ti­lə Azər­bay­can Elmlər Aka­de­mi­ya­sı­nın nəz­din­də fə­a­liy­yət gös­tə­rən “Xə­zər” el­mi sek­to­ru­nun ləğv edil­mə­sin­dən da­nı­şar­kən hə­yə­ca­nı­nı giz­lə­də bil­mir­di. De­yir­di ki, bu, mər­kə­zin iki­üz­lü si­ya­sə­ti­nin, Azər­bay­ca­na qə­rəz­li mü­na­si­bə­ti­nin gös­tə­ri­ci­si­dir: “Xə­zər” bi­zim mil­li sər­və­ti­miz, ta­ri­xi­miz­dir. Təd­qi­qat ob­yek­ti ki­mi hə­mi­şə ak­tu­al­dır. “Xə­zər”in prob­lem­lə­ri ilə bir el­mi şö­bə yox, bir ne­çə bü­töv el­mi-təd­qi­qat insti­tu­tu məş­ğul ol­sa, ye­nə az­dır. “Xə­zər” el­mi böl­mə­si­nin bər­pa­sı ol­duq­ca va­cib­dir. Bu mə­sə­lə­ni mü­va­fiq struk­tur­lar qar­şı­sın­da müt­ləq qal­dı­ra­ca­ğam”. Çox tə­əs­süf ki, Cə­lal mü­əl­lim bu və­di­ni ye­ri­nə ye­ti­rə bil­mə­di. İş­lə­ri­nin çox­lu­ğu və səh­hə­ti bu­na im­kan ver­mə­di. An­caq mən əmi­nəm ki, sə­la­hiy­yət­li qu­rum­lar “Xə­zər” el­mi böl­mə­si ilə bağ­lı mər­hum aka­de­mi­kin ger­çək­ləş­mə­yən ar­zu­su­na bi­ga­nə qal­ma­ya­caq.
Sək­sə­nin­ci il­lə­rin so­nu, dox­sa­nın­cı il­lə­rin əv­vəl­lə­rin­də Ulu ön­də­ri­mi­zin tə­rəf­dar­la­rı Cə­lal mü­əl­li­mi ye­ri­yən, dö­yü­şən, can­lı “Hey­dər Əli­yev mər­kə­zi”he­sab edir­di. Bir ne­çə gün əv­vəl bir möv­zu ilə bağ­lı hə­min döv­rün ar­xi­vim­də sax­la­dı­ğım qə­zet­lə­ri­ni ye­ni­dən və­rəq­lə­mə­li ol­dum. Cə­lal mü­əl­li­min keç­di­yi mü­ba­ri­zə­lər yo­lu ye­ni­dən göz­lə­rim önün­də can­lan­dı. Bir da­ha yə­qin et­dim ki, o, ha­di­sə­lə­rə hər şey­dən ön­cə Azər­bay­ca­nı se­vən bö­yük bir və­tən­daş əz­mi ilə ya­na­şıb…
Cə­lal mü­əl­lim öz el­mi mək­tə­bi olan alim­dir. O öz el­mi ix­ti­ra­la­rı­nı və­tən­daş­lıq eh­ti­ra­sı ilə uz­laş­dı­rır­dı. Onun ye­ni, məh­sul­dar buğ­da növ­lə­ri öl­kə­nin ər­zaq təh­lü­kə­siz­li­yi­nə ver­di­yi əvəz­siz töh­fə­dir. Bu gün ta­xıl­çı­lı­ğın in­ki­şa­fı bir nöm­rə­li və­zi­fə­yə çev­ri­lib. İna­nı­ram ki, Cə­lal mü­əl­lim postneft döv­rün­də də ən çox mü­ra­ci­ət olu­nan elm adam­la­rın­dan bi­ri, nü­fuz­lu mən­bə ki­mi hə­mi­şə və tez-tez xa­tır­la­na­caq…
Riz­van VA­HA­BOV
YAP Si­ya­si Şu­ra­sı­nın üz­vü

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın