Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəmiyyət / ABŞ səfirliyi ittihamlara cavab verdi

ABŞ səfirliyi ittihamlara cavab verdi

“ABŞ Azərbaycanın müstəqil, sabit və demokratik gələcəyinin təminatı öhdəliyinə sadiqdir”.

Strateq.az Ans-ə istinadən xəbər verir ki, bu sözlər Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən daxil olan məlumatda yer alıb. Məlumatda deyilir ki, ABŞ səfirliyi bu yaxında dərc olunan və ABŞ-Azərbaycan münasibətlərini hədəfə alan media məqalələrindən agahdır:

“Birləşmiş Ştatların Azərbaycan hökumətini devirmək istiqamətində işləməsi barədə iddialar tamamilə əsassızdır və bizim dövlətlərimiz arasında iyirmi ildən artıq mövcud olan əməkdaşlığa qeyri-ədalətli yanaşmadır”.

Bildirilir ki, Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyinin ilkin çağlarından Azərbaycanla çiyin-çiyinə dayanaraq, “Əsrin müqaviləsi”ni dəstəkləmək də daxil olmaqla, Azərbaycanın suverenliyinin və uğurunun təminatı üzrə fəaliyyətlər göstərib: “Bizim əməkdaşlığımız zaman boyunca yalnız genişlənib. ABŞ Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunduğu vaxtda Azərbaycanla sıx şəkildə işləyib. Birləşmiş Ştatlar 1992-ci ildən bəri Azərbaycana humanitar yardım da daxil olmaqla dəyəri 1,3 milyard ABŞ dollarından artıq yardımlar göstərib. Sözügedən yardımlar müxtəlif sahələrə yönəlib və bu sırada sağlamlığın qorunması və sanitariya, 5000 nəfərdən çox azərbaycanlının ABŞ-da təhsilinin və təliminin təminatı, Azərbaycan qadınlarının biznesdə və digər sahələrdə rolunun gücləndirilməsi, fermerlərə gəlirlərinin və işlərinin səmərəsinin artırılması üçün texniki yardım və Azərbaycana qlobal təhlükəsizliyin təminatında və terrorçuluğa qarşı mübarizədə öz dəyərli rolunu oynamağa dəstək verən hərbi əməkdaşlıqdır.

Bizim Azərbaycana göstərdiyimiz dəstək ABŞ hökumətinin ən yüksək səviyyələrindən gəlir. Dövlət katibi Con Kerri Prezident Əliyevlə həm görüşlər zamanı, həm də əlaqə saxlayaraq tərəfdaşlığımızın gücləndirilməsini müzakirə edib. Sübhəsiz ki, Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlıq edərək Azərbaycanın mümkün dərəcədə müstəqil, sabit, zəngin və demokratik gələcəyinin təminatı öhdəliyinə sadiqdir”.

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …

Bir cavab yazın