Şənbə , May 25 2019
Ana səhifə / Cəmiyyət / 466 saylı DYP maşını qanuna yox, edilən tapşırıq  zənginə önəm verir

466 saylı DYP maşını qanuna yox, edilən tapşırıq  zənginə önəm verir

Azinforum.az Dövlət Yol Polisi əməkdaşlarının növbəti qanunazidd fəaliyyətini aşkarlayıb. Əməkdaşımız dünən saat 20.55 radələrində 466 nömrəli patrul maşınının etdiyi qanunsuzluğun canlı şahidi olub. Hadisə Akademik Həsən Əliyev küçəsinə yaxın “Azərilmə” İstehsalat Birliyinin  düz qarşısında yaşanıb. Hadisəni müşahidə edən əməkdaşımız  bildirir ki, 466 nömrəli DYP maşını  qaydanı pozan 90-091 nömrəli ağ rəngdə olan  “Mercedes”i saxlayan polislər sürücüdən   sənənəd tələb etdilər: “DYP maşınını çavuş sürürdü. Onun yanında isə , hündürboylu leytenant oturmuşdu. Saxlanılan “Mercedes”ə leytenant yaxınlaşdı. Sürücünün sənədləri qaydasında deyildi. Polis avtomobilin cərimə meydançasına aparılmasınının zəruriliyini vurğuladı. Sürücü telefonla kiməsə zəng edəndən sonra, dəstəyi polislərə verdi. Onlar öz avtomobillərinə əyləşib zəng vuranla danışdıqdan sonra, dəstəyi sürücüyə qaytarıb “get bir də qaydanı pozma” deyib getdilər”.

Deməli, belə çıxır ki, bir zənglə qanunun aliliyini arxa plana da keçirmək olar?

Müasir DYP maşınlarında aparılan xidmətin  hər dəqiqəsinin lentə alındığı barədə məlumatlar verilir.  DYP rəhbərliyi sözügedən xidməti maşında qeydə alınan görüntülərə baxsa, dediklərimizin  doğruluğuna bir daha əmin ola bilər.

Hesab edirik ki, bu əməllərilə DYP əməkdaşları ciddi qanun pozuntusuna yol veriblər.  Çünki kimin zəng etməsindən asılı olmayaraq, onlar sənədsiz sürücü barəsində qanunamüvafiq tədbir görməliydilər. Qaydanı pozan polislər barədə hansı məsuliyyətin tətbiq ediləcəyini diqqətə saxlayacayıq…

Rövşən ƏLİ (Azinforum.az)

Həmçinin oxuyun

“Prostoy vətəndaş” Orduxana bu dəfəki sərt cavabı Şəhidlər Xiyabanından verdi-VİDEO

“Prostoy vətəndaş” ləqəbi ilə tanınan ictimai fəal, diaspor nümayəndəsi, xeyriyyəçi Akif Məmmədov öz “Feysbuk” səhifəsində …

Bir cavab yazın